Ağdaş sakinləri əkin sahələrinə gedərkən cərimə olunurlar? VİDEO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Ağdaş rayonunun Şəmsabad kəndinin sakinləri özlərinə məxsus pay torpaqlarına gedə bilmədiklərini deyillər.
Əraziyə daxil olmaq üçün nişanlanma xətti olmadığından ya cərimələnirlər, ya da bir neçə kilometr artıq məsafə qət etməli olurlar.
Təsərrüfat sahiblərinin Xəzər TV-yə dediklərindən aydın olur ki, əvvəllər qırıq-qırıq xətt olduğu üçün yük maşınları ilə əraziyə rahat şəkildə daxil olmaq olurdu. Artıq həmin xətlər düz xətt ilə əvəz olunub, nəticədə ağır texnikanın əkin sahələrinə girişi çətinləşib.
Xüsusilə biçin və məhsul yığımı dövründə daha da qabarıq hiss olunur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə qəza riskləri nəzərə alınaraq düz xətt çəkilib.
Həmçinin Şəmsabad kəndinin giriş hissəsində 15 metr məsafədə qırıq-qırıq xətt çəkilib. Qoşqulu nəqliyyat vasitələrinin sürücüləri bu yol vasitəsilə sola dönə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 Yanvar 2026 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















