Icma.az
close
up
RU
Ağdaşda irimiqyaslı su layihəsi

Ağdaşda irimiqyaslı su layihəsi

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Ağdaş rayonunun kəndlərində içməli su təchizatının yaxşılaşdırılması və su infrastrukturunun yenidən qurulması istiqamətində növbəti addımlar atılıb.

“Yeni Sabah” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən  bildirir ki, rayonda həm yeni şəbəkələrin istifadəyə verilməsi, həm də gələcək layihələrin planlaşdırılması işləri sürətlə davam etdirilir.

Görülən işlər çərçivəsində rayonun Pirəyir kəndində müasir içməli su şəbəkəsi qurularaq sakinlərin istifadəsinə verilib. Kəndin mərkəzləşdirilmiş su təminatı üçün Ləki qəsəbəsi və Nehrəxəlil kəndini qidalandıran 280 mm diametrli magistral boru xəttindən yeni qol çəkilib. Layihə çərçivəsində kənd daxilində 8.5 kilometr uzunluğunda paylayıcı şəbəkə inşa edilib. 194 fərdi yaşayış evi birbaşa xəttə qoşulub, sudan qənaətlə və dəqiq uçotla istifadə olunması üçün bütün evlərə su sayğacları quraşdırılıb. Bu layihə sayəsində 723 nəfər sakini olan Pirəyir kəndinin gündəlik 140 kubmetrlik təmiz su tələbatı tam şəkildə qarşılanacaq. pizza hut

Ağdaş rayon mərkəzinin su təchizatı Türyançay çayının yatağında yerləşən 8 subartezian quyusu vasitəsilə həyata keçirilir. Hazırda şəhərdə 8 681 abonent qeydiyyatdadır. Şəhərin su-kanalizasiya infrastrukturu olduqca genişdir: su şəbəkəsinin uzunluğu 175 km, magistral kəmərlər 16.5 km, kanalizasiya xətləri isə 126 km təşkil edir. Həmçinin rayonda ümumi tutumu 10 min kubmetr olan iki su anbarı fəaliyyət göstərir.

Ümumilikdə isə rayon üzrə hazırda 31 yaşayış məntəqəsi mərkəzləşdirilmiş qaydada su ilə təmin olunur. Onlardan 3-ü paylayıcı şəbəkə, 3-ü küçə bulaqları, 25-i isə modul tipli təmizləyici qurğular vasitəsilə içməli su alır.

Su təminatının əhatə dairəsini genişləndirmək məqsədilə rayonun daha 4 kəndində (Binələr, Davudlu, Cardam və Kotanarx) yeni su sistemlərinin qurulması üçün layihə-smeta sənədlərinin hazırlanması artıq tamamlanıb.

Bundan başqa, 2026–2027-ci illər ərzində Ləki qəsəbəsi və Nehrəxəlil kəndində mövcud şəbəkələrin böyüdülməsi, eləcə də Qolqəti və Yenicə kəndlərində yeni su təchizatı sistemlərinin layihələndirilməsi və tikintisi nəzərdə tutulur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyul 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see301

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see253

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see247

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see244

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see230

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see228

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see223

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see219

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see215

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see209

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see205

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see202

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see197

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see190

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see189

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see183

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see172

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see162

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri