Ağdaşda xəstə qadın Yuxarı Şirvan kanalında batdı TƏFƏRRÜAT YENİLƏNDİ
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Ağdaşda Yuxarı Şirvan kanalında batan şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, dünən saat 19:30 radələrində Ağdaş rayonu Ağcayazı kənd sakini 1959-cü il təvəllüdlü Əkbərova Nazilə Əlabbas qızı yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Nazilə Əkbərovaya məxsus geyim yaşadığı evin yanından keçən Yuxarı Şirvan kanalının yaxınlığında aşkar edilib.
İlkin ehtimala görə, o, özünü Ağdaş rayonu Ağcayazı kəndindən keçən Şirvan su kanalına atıb.
Qadının qara ciyər serozu xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparıllr.
***
10:07
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin kanalda batması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, əraziyə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.
Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 10 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















