“Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
AFFA-nın lisenziya komissiyası mayın 8-də keçirilən iclasında 2-ci liqada iştirakını davam etdirmək istəyən “Ağdaş”a lisenziya verməmişdi. Klub rəsmiləri isə saytımıza açıqlamasında AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət edəcəklərini demişdilər. Tribunal artıq Aran təmsilçisinin müraciətinə baxıb, bu komandann növbəti mövsüm də 2-ci liqada oynaması yolunda “yaşıl işıq yandırıb”.
Klubun idarəedici şəxslərindən biri, həmçinin baş məşqçisi Ruslan Hüseynov “Football-plus.az”a bu haqda danışdı:
“Qərar çıxanda məlumatsız idik. Bizə təsir edən bu idi. Apellyasiya Arbitraj Tribunalına müraciət etdik. Bəzi sənədlər hazır deyildi. Bizim kimi klublarda idarə heyəti məhdud olur. Fikrimiz tam nəticənin yanında idi, liqada qalmağa fokuslanmışdıq. Məsuliyyətsizlik deməzdim. Yerimizi qorumasaydıq, lisenziyanın əhəmiyyəti olmayacaqdı. Aidiyyatı qurumlar sağ olsun, dəstəklərini əsirgəmədilər. Fürsətdən istifadə edib, icra başçımız Orxan Hüseynzadəyə minnətdarlığımı bildirirəm. “Ağdaş”ın yaşaması üçün çox böyük kömək etdi. Lisenziyada da əməyi oldu. Üç mövsüm ərzində ən çətini bu il idi. Getdikcə ağırlaşır. Liqada qalmağı bacardıq, futbolçulara təşəkkür edirəm. Əziyyət çəkən hər kəsə minnətdaram. Bir ay ərzində futboldan uzaq qalmaq istəyirəm. Zehnimi yenidən yormaq istəmirəm. Əsəblər pik həddə idi. Bir ay istirahət edib, növbəti mövsümün planlarını quracağıq”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:279
Bu xəbər 27 May 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















