Icma.az
close
up
RU
Ağdərənin 4 kəndinə 89 ailə qayıtdı FOTO

Ağdərənin 4 kəndinə 89 ailə qayıtdı FOTO

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 9-da Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç prosesi baş tutub. Sakinlərə yeni mənzillərin açarları təqdim olunub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çıldıran kəndinə 48 nəfərdən ibarət 13 ailə, Aşağı Oratağ kəndinə isə 31 ailə (119 nəfər) köçürülüb. Ümumilikdə bu gün 337 nəfərdən ibarət 89 ailə doğma yurduna dönüb. Açarların təqdimatında çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli sakinləri doğma torpaqlarına qayıdış münasibətilə təbrik edib, kəndlərdə yaradılan müasir yaşayış şəraiti, sosial infrastrukturlar və həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verib, sakinlərə xoşbəxt, təhlükəsiz həyat arzulayıb. O, bildirib ki, kəndlərdə infrastruktur təminatı yaradılıb, kommunal xidmətlər bərpa olunub, yaşayış üçün zəruri şərait təmin edilib və burda sakinlərin yalnız məskunlaşdırılması deyil, həm də onların məşğulluq məsələlərinin həlli prioritet istiqamətlərdəndir. T. Kərimlinin sözlərinə görə, köç edən sakinlərin peşə və ixtisaslarına uyğun olaraq həm özəl sektorda, həm də dövlət qurumlarında işlə təminatı istiqamətində sistemli tədbirlər görülür və bu proses mərhələli şəkildə davam etdiriləcək. Ağdərənin Aşağı Oratağ kəndində isə sakinləri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb. Açarları sakinlərə təqdim edən S. Qəhrəmanov bildirib ki, bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və tikinti-quruculuq proqramı planlı şəkildə və yüksək keyfiyyət standartlarına uyğun icra olunur. Onun sözlərinə görə, kənddə yalnız yaşayış evləri deyil, həmçinin sosial infrastruktur, yol-nəqliyyat sistemi, kommunal xidmətlər- enerji, su, qaz, digər mühüm təminat xətləri yenidən qurulub ki, bu layihələrin də məqsədi sakinlərin təhlükəsiz və rahat yaşayışını təmin etməkdir. Qeyd edək ki, növbəti mərhələlərdə Ağdərə rayonunun digər yaşayış məntəqələrinə də mərhələli şəkildə köçün davam etdirilməsi planlaşdırılır. Hazırda rayonun bir sıra yaşayış məntəqələrində tikinti və bərpa işləri həyata keçirilir.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri