Ağdərənin Həsənriz kəndində istirahət parkı istifadəyə verildi KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağdərə rayonunun Həsənriz kəndində istirahət parkı istifadəyə verilib.
KONKRET.az xəbər verir ki, bu barədə report-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb. Parkda müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib, ağaclar budanıb, yeni qazon örtüyü döşənib. Yaşıllıq sahələrinə qulluq göstərmək üçün suvarma xətti də çəkilib.
Eyni zamanda parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, müasir işıqlandırma sistemi qurulub, 10 ədəd yeni skamyalar qoyulub. Uşaqlar üçün oyun əyləncə qurğuları montaj olunub.
Qeyd edək ki, Ağdərənin Həsənriz kəndində 92 ev təmir olunub. İki mərhələdə yaşayış məntəqəsinə 50 ailə köç edib. Kəndə köç üçün 360 nəfər siyahıya alınıb və bu proses mərhələli şəkildə davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Aprel 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















