Icma.az
close
up
RU
Ağdərənin Kolatağ kəndində görülən işlərlə tanışlıq...

Ağdərənin Kolatağ kəndində görülən işlərlə tanışlıq...

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, kənddə 140 fərdi ev olub, onlardan da 30-u yararsız, 110-u isə qismən yararlı olub. 26 fərdi ev artıq əsaslı bərpa edilib. Bu il oktyabrın sonunadək daha 26 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 58 fərdi ev təmir və bərpa olunacaq. Bu il avqustun 15-də 26 ailə, ümumilikdə 89 nəfər doğma Kolatağ kəndinə qayıdıb.

Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, bir transformator və 1 kilometr uzunluğunda mövcud elektrik xətti təmir olunub, artezian quyusu bərpa edilib, 26 ev su ilə təmin olunub. Sentyabrda kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. İndiyədək 10 min 600 paqonametr yeni qaz xətti çəkilib və əlavə olaraq 2800 paqonametr hissənin çəkilişi nəzərdə tutulub. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün müasir istirahət parkı salınıb. Burada bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı yaradılıb.

Kolatağ kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir və Qarabağ silsiləsinin yamacında yerləşir. Kənd Qarabağ müharibəsinin başlandığı ilk günlərdən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

x x x

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakini Baxşalı Hətəmovun evində oldular.

Prezident İlham Əliyev: Salaməleykum.

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Qadın sakin: Salam, bizim evimizdir.

Prezident İlham Əliyev: Necəsiniz? Neçə gündür gəlmisiniz?

Baxşalı Hətəmov: Bu gün beşinci gündür.

Prezident İlham Əliyev: Bəli, hələ bir həftə olmayıb. Buranın adı sovet vaxtı da Kolatağ idi?

Baxşalı Hətəmov: Bəli.

Qadın sakin: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Salaməleykum. Ay, nə gözəl baladır.

Mehriban xanım Əliyeva: Adı nədir?

Qadın sakin: Zeynəb.

Mehriban xanım Əliyeva: Zeynəb neçə aylıqdır?

Qadın sakin: 15 günlükdür.

Prezident İlham Əliyev: 15 gün?

Mehriban xanım Əliyeva: 15 günlük, maşallah. Sənin adın nədir? Nə qəşəng qızsan sən. Gəl mənim yanıma.

Baxşalı Hətəmov: Cənab Prezident, nömrə çəkən gün anadan olub.

Prezident İlham Əliyev: Harada anadan olub?

Baxşalı Hətəmov: Ayaq Qərvənd qəsəbəsində.

Prezident İlham Əliyev: Orada qalırdınız?

Baxşalı Hətəmov: Bəli.

Prezident İlham Əliyev: İndi isə gözəl, mənzərəli bir əraziyə köçmüsünüz. Burada yaşamaq üçün hər şey var.

Baxşalı Hətəmov: Çox gözəldir, çox sağ olun, Allah Sizə dəyməsin, cənab Prezident.

Prezident İlham Əliyev: Buranın həyətyanı sahəsi də kifayət qədər genişdir. Bu qızın neçə yaşı var?

Baxşalı Hətəmov: İki yaşı var.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, xoşbəxt yaşayın.

Baxşalı Hətəmov: Allah Sizin canınızı sağ eləsin.

Mehriban xanım Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

Baxşalı Hətəmov: Çox sağ olun.

Prezident İlham Əliyev: Gözəldir, əsl cənnətdir.

Baxşalı Hətəmov: Həqiqətən cənnətdir.

Prezident İlham Əliyev: Salamat qalın.

x x x

Daha sonra dövlətimizin başçısı və birinci xanım kənd sakini Rəfayət Musayevin evinə gəldilər.

Prezident İlham Əliyev: Salaməleykum. Xoş gəlmisiniz.

Qadın sakin: Salam.

Prezident İlham Əliyev: Qayanın adı nədir?

Rəfayət Musayev: Sağsağan qayası.

Prezident İlham Əliyev: Yəqin ki, oraya yol da var.

Rəfayət Musayev: Meşə yoludur.

Prezident İlham Əliyev: Haradan, Xocalıdan?

Rəfayət Musayev: Əsas Xocalı ərazisinə düşür.

Prezident İlham Əliyev: Hə, Xocalı ərazisi.

Qadın sakin: Salam, çox sağ olun cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam. Artıq bir neçə gündür burdasınız? Neçə gündür? Bir həftə olar?

Rəfayət Musayev: Bir həftədir.

Prezident İlham Əliyev: Bir həftə. Burada həyatınız necə keçir?

Rəfayət Musayev: Çox gözəl, çox yaxşı.

Prezident İlham Əliyev: Ev də gözəldir. Gözəl təmir olunub.

Rəfayət Musayev: Bəli, çox gözəldir.

Qadın sakin: Təbiəti də gözəldir.

Prezident İlham Əliyev: Bəli, gözəldir, cənnət kimi bir yerdir.

Qadın sakin: Havası da təmizdir, çox qəşəngdir.

Prezident İlham Əliyev: Havası da təmizdir, hər tərəf dağdır, meşədir, çay da axır. Su da var. Hər şey var.

Rəfayət Musayev: Hər şey var, hər şey qaydasındadır.

Prezident İlham Əliyev: İndi bağ da, bostan da salacaqsınız.

Rəfayət Musayev: İnşallah gələn il gələndə, görəcəksiniz. Arı təsərrüfatı ilə, arıçılıqla məşğulam.

Prezident İlham Əliyev: Bəli, arıçılıq çox yaxşıdır. Neçə arı ailəsi saxlayırsan?

Rəfayət Musayev: 250 arı ailəsidir, 300-ə yaxın da damazlıq təsərrüfatdır.

Prezident İlham Əliyev: Çox gözəl, təbrik edirəm sizi.

Rəfayət Musayev: Çox sağ olun.

Mehriban xanım Əliyeva: Sağ olun. Uğurlarınız çox olsun.

Prezident İlham Əliyev: Bir daha təbrik edirəm. Sağ olun.

Qadın sakin: Allah köməyiniz olsun. Çox sağ olun.

Rəfayət Musayev: Çox sağ olun, Allah Sizdən razı olsun.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Avqust 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri