Icma.az
close
up
RU
Ağdərənin Qayıdış sevinci davam edir

Ağdərənin Qayıdış sevinci davam edir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Vəngli və Kolatağ kəndləri də övladlarına qucaq açdı

İgid, cəngavər Vətən övladlarının canları, qanları bahasına azad etdikləri Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri gündən-günə daha geniş vüsət alır, illər boyu Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin köç karvanları bir-birinin ardınca ata-baba yurdlarına istiqamət götürür. Bir vaxtlar göz yaşları içində ev-eşiklərindən didərgin düşmüş insanlar indi sevinə-sevinə daimi yaşamaq üçün geri qayıdırlar. Böyük Qayıdışın yeni ünvanına çevrilmiş Ağdərə rayonunda da həyat canlanır, rayonun yaşayış məntəqələri mərhələli şəkildə doğma sakinlərini qarşılayır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq avqustun 15-də Vəngli və Kolatağ kəndlərinə qayıdışa da start verilib. İlkin mərhələdə Kolatağa 89 nəfərdən ibarət 26 ailə, Vəngliyə isə 83 nəfər (22 ailə) köçürülüb. Sakinlərə evlərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli onları təbrik edib, doğma yurdlarında firavan həyat arzulayıb. T.Kərimli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dövlətin prioritet fəaliyyət istiqamətlərindən biridir və bu, bütün keçmiş məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasına xidmət edir: “Bu gün biz tarix yazırıq. Burada atılan hər addım, yandırılan hər ocaq gələcəyin möhkəm təməlidir”.

İcraçı direktor Vəngli və Kolatağda içməli su, elektrik enerjisi və qaz təchizatının, rabitə xəttinin tam bərpa olunduğu, həmçinin, küçələrin abadlaşdırıldığı, yol infrastrukturunun yeniləndiyi barədə də məlumat verib.

Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri isə kəndlərin ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizləndiyini, sakinlərin təhlükəsiz yaşamaları üçün lazımi şəraitin yaradıldığını deyiblər.

Doğma kəndlərinə qayıdan sakinlər öz sevinclərini bölüşərək, bu günləri onlara yaşadanlara minnətdarlıqlarını bildiriblər.

Kolatağ kəndinə qayıdışın həyəcanını yaşayan Rəşadət Musayev “Xalq qəzeti”nə açıqlamasında bildirib ki, Ağdərədə, ata-baba yurdunda daimi yaşamaq onun ən böyük arzusu olub:

– Sonsuz sevinc və qürur içindəyəm. 53 illik ömrümün böyük hissəsini məcburi köçkün kimi yaşadım. Ancaq Allaha şükürlər olsun ki, bu gün ailəmlə birlikdə öz torpağıma qayıtmışam. Dövlətimiz var olsun, bizim rahat köçməyimiz üçün hər cür şərait yaradılıb. Elə Kolatağ da bizi sonsuz sevgi ilə qarşıladı. Elə bil bu yerlər əsl sahibləri üçün darıxıblar. Möhtərəm Prezidentimizin sayəsində bu gündən biz də daha məcburi köçkün deyilik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!

Rüxsarə Məmmədova isə 23 yaşında məcburi köçkün düşdüyü doğma Ağdərəyə, Vəngli kəndinə 33 ildən sonra həmişəlik qayıdışın sevincini sözlə ifadə etməyin mümkün olmadığını bildirib:

– Bu, elə bir hissdir ki, ancaq yaşayan bilər. O qədər üzümü Vətənə tutub xəyallara dalırdım ki. Gənc yaşında tərk etməli olduğum bu gözəl yerləri bir də görmək, havasını udmaq, suyunu içmək, burada yaşamaq böyük xoşbəxtlikdir. Allah başda əziz Prezidentimiz olmaqla bu günləri bizə yaşadanları pənahında saxlasın, cəmi şəhidlərimizə rəhmət eləsin! Çox şükür, daha məcburi köçkün deyilik, artıq ağdərəliyik!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdərə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Avqust 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri