Agentlik: “Embawood”da müştəriyə satılan qüsurlu malın geri qaytarılmasından imtina edilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Embawood” MMC barəsində satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması və istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi halları ilə bağlı inzibati xəta protokolları tərtib edilib.
Bu barədə "APA-Economics"ə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, qüsurlu malın geri qaytarılmasından imtina edilməsi və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:“Embawood”da növbəti dəfə qüsurlu malın geri qaytarılmasından imtina edildiyi aşkarlanıb
02 İyun 2025 10:17
“Embawood” xarab malı geri götürməkdən imtina etdi Agentlik cərimələdi
04 Aprel 2025 18:04
“Embawood”da daha bir NÖQSAN: Qüsurlu mal...
02 İyun 2025 10:31
Embawood qüsurlu məhsulu geri götürməkdən imtina etdi
02 İyun 2025 11:30
Baxış sayı:62
Bu xəbər 04 Aprel 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















