Agentlik işçilərinə yeni forma alır 335 min manata...
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
"AzPolitika" xəbər verir ki, “Teymur Collection” MMC (VÖEN – 1007222231) tenderin qalibi seçilib.
Tenderin şərtlərinə əsasən, AQTA Agentliyin tabeliyində fəaliyyət göstərən regional bölmələrin əməkdaşları üçün vahid geyim forması satın alacaq. Satınalma üzrə ilkin olaraq ehtimal olunan qiymət 694 min 250,64 manat müəyyən edilib.
Lakin tenderin qalibi ilə bağlanacaq müqavilənin məbləği 335 min 913 manat 79 qəpik təşkil edir.
Məlumata görə, “Teymur Collection” MMC AQTA-nın 222 qadın və 348 kişi əməkdaşı üçün müxtəlif geyimlər təqdim edəcək. Beləliklə, ümumilikdə 570 əməkdaş üçün geyim forması alınacaq.
Hesablamalara əsasən, Agentliyin bir əməkdaşın geyim formasına xərclədiyi vəsait orta hesabla 589,32 manat təşkil edir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 Avqust 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















