Icma.az
close
up
RU
Agentlik rəsmisi: Attraksionların təhlükəsiz istismarına zəmanət verilməlidir

Agentlik rəsmisi: Attraksionların təhlükəsiz istismarına zəmanət verilməlidir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 iyun, AZƏRTAC

Hər bir attraksion texniki pasport və təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir. Attraksionların istismarı lisenziyalı fəaliyyət növünə aiddir. Buna görə də sahibkarlar hər bir attraksionun istismarı üçün lisenziya almalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında bildirib.

"FHN və agentlik təhlükə potensiallı obyektlərdə texniki nəzarətin təşkili və onun icra olunmasına dövlət nəzarətini həyata keçirir. Mexanikləşmiş attraksionlar təhlükə potensiallı obyektlər siyahısına aid olduğu üçün əməkfaşlarımız tərəfindən mütəmadi olaraq texniki müayinələr aparılır. Aşkar olunmuş qüsurlarla bağlı aktlar tərtib edilir. Aşkarlanmış qüsurların aradan qaldırılması ilə əlaqədar işlərin icrası tərəfimizdən nəzarətə götürülür. Attraksionların təhlükəsiz istismarını təmin etmək məqsədilə sahibkar tərəfindən texniki nəzarət üzrə şəxs təyin olunmalı, attraksionlar attestasiyadan keçmiş operatorlarla təmin edilməlidir. Attraksion 12 aydan az olmayaraq texniki müayinədən keçirilməli, onun pasportunun qeydiyyatı aparılmalı və təhlükəsiz istismarına zəmanət verilməlidir", - deyə o qeyd edib.

Qeyd edək ki, iyunun 25-də yay fəsli ilə əlaqədar parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see370

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see343

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see141

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see139

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see138

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see133

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see130

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see129

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see128

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see127

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see123

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see121

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see117

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see116

Pensiya alanların nəzərinə!

22 Sentyabr 2025 15:00see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri