Agentlik: STEAM layihəsi 250 min şagirdi əhatə edir AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
STEAM layihəsi 2024-2025-ci tədris ilindən etibarən 398 təhsil müəssisəsində tətbiq edilməklə ümumilikdə 250 min şagirdi əhatə edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, şagirdlərdə XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəltmək üçün STEAM layihəsi tətbiq edilir.
STEAM təhsil metodu elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Əsas məqsəd ümumi təhsil məktəblərində şagirdlərə kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini göstərməklə yanaşı, onlara mühəndislik səriştələrini aşılamaqdır.
Qeyd edək ki, ilk dəfə olaraq layihənin ibtidai siniflərdə də (4-cü siniflərdə) tətbiqinə başlanılıb. Layihə cari ildən etibarən işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda da həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 17 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















