Agentlik tender keçirmədən Əfqan Guryanovla yenə müqavilə imzaladı
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Guryanov Əfqan Süleyman oğlu ilə icarə müqaviləsi bağlayıb.
Yeniavaz.com xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Qeyd edək ki, Agentlik icarə haqqı olaraq Guryanov Əfqana 279 min 600 manat ödəyəcək. Açıqlanan məlumatda icarə müqaviləsinin müddəti, icarəyə götürülən obyektin ünvanı qeyd olunmayıb.
Lakin onu da bildirək ki, bir il əvvəl – ötən ilin yanvar ayında da Agentlik Əfqan Guryanov ilə analoji müqavilə imzalayıb. Agentlik Əfqan Guryanova məxsus Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən 1018 kvadratmetrlik qeyri-yaşayış sahəsini təxminən bir il müddətinə (06.01.2025 – 31.12.2025) icarəyə götürüb və icarə haqqı olaraq əmlakın sahibi olan Guryanov Əfqan Süleyman oğluna 219 min 600 manat ödəyib.
Məlumat üçün bildirək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi 2022-ci ilin iyul ayında yaradılıb. Agentliyin Əsasnaməsi bir il sonra – 2023-cü ilin iyul ayında təsdiqlənib.
Onu da qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin icarəyə götürdüyü binada daha əvvəl “Günay Bank” ASC-nin baş ofisi yerləşib. “Günay Bank” ASC 2023-cü ilin may ayında ləğv olunub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı
29 Noyabr 2024 15:30
Agentlik tender keçirmədən bu şəxsdən 114 minə ofis icarəyə götürdü
12 Mart 2025 13:31
Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
31 İyul 2025 12:38
Tender saxtakarlığı: Agentlik vergi borcu olan şirkətlə müqavilə imzalayıb
05 Mart 2025 15:18
Baxış sayı:30
Bu xəbər 07 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















