Icma.az
close
up
RU
Agentlik Türkiyədə oxuyan tələbələrin iradına CAVAB VERDİ

Agentlik Türkiyədə oxuyan tələbələrin iradına CAVAB VERDİ

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son günlər aktual olan məsələlərdən biri də tələbələrin köçürülməsi ilə bağlıdır. 

Artıq müəyyən müddət keçməsinə baxmayaraq hələ də bu sahədə mövcud problem öz həllini tapmayıb. Bu barədə Türkiyədə təhsil alan Fərman Cəlilzadə adlı bir tələbənin müraciətində deyilir: 

“Mən Türkiyədə dövlət universitetində bakalavriat təhsili alıram. Azərbaycandakı ali təhsil müəssisəsinə köçürülmək üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etmişəm. Lakin müraciətim aşağıdakı əsasla rədd edilib: 

"Tələbə 4 semestr ərzində ümumilikdə 120 kredit toplamalı idi, lakin 110 kredit toplamışdır. Kredit sayı tələb olunan həddin altındadır". Yəni hər semestr normativ 30 kredit alınmalıdır. Halbuki, mənim 110 kredit toplamamın səbəbi akademik borcdur”. 

O bildirib ki, bu hal Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarının 3.2.2 bəndi ilə açıq şəkildə nəzərdə tutulur. Həmin bəndə əsasən, əgər tələbənin akademik borcu varsa və bu borc prerekvizit fənn və ya fənlərdən qaynaqlanırsa, bu halda tələbənin topladığı kreditlərin sayı normadan az ola bilər: 

“Agentlik isə bu normanı tətbiq etmədən, ümumi kredit sayına əsaslanaraq müraciətimi rədd edib”. Bununla bağlı agentliyi məhkəməyə verəcəyini deyən tələbənin sözlərinə görə, eyni məsələdən əziyyət çəkən 20 yaxın tələbə var:“Hamımız məhkəməyə verməyə hazırıq”. 

Agentliyin bu istiqamətdə verdiyi qərar nə dərəcə doğrudur və proseslə bağlı digər tələbələrin də fikri nəzərə alınacaqmı? 

Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Qaydaların 2.2 -ci bəndinə əsasən tələbə təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamalıdır: 

“Yəni proqram üzrə norma hesab edilən dərslərin ən azı 50%-ni keçə bilməlidir. Bəzi hallarda tələbələr minimal sayda dərs yükü götürərək təhsillərini çox uzun müddətə bitirirlər, lakin bu ali təhsildə tətbiq olunan normativlərə uyğun deyil. 

Qüvvədə olan təhsil standartına əsasən normativ təhsil müddəti 4 il və hər tədris ili üçün 60, hər semester üçün isə 30 kredit olaraq müəyyən edilir. AR NK-nın 348 saylı qərarı da eyni müddəanı müəyyən edir”.

Agentlik  xaricdə, həmçinin Türkiyədə oxuyan tələbələrin müraciətinə gəldikdə isə bildirib ki, xarici ölkələrdən gələn bütün tələbələr oxuduqları müəssisəyə mərkəzləşdirilmiş imtahanla qəbul olmalıdırlar:

“Bu tələblə bağlı bir halda istisna edilir, o da əgər tələbənin oxuduğu müəssisə dünya universitetlərinin reytinqində top 500-cü yerdə olmuşdursa. Türkiyədə 2023-cü ildən mərkəzləşmiş YÖS imtahanları keçirilir. 

Həmin ilin sonundan isə universitetlərin keçirdikləri lokal imtahanlar ləğv edilib. Qaydalara əsasən, həm 2024-cü ildə, həm də bu il yalnız mərkəzləşmiş imthahan nəticələri qəbul edilir. Heç bir ölkənin univerisitetləri tərəfindən təşkil edilmiş imtahanların nəticələri qəbul edilmir. 

Əlavə olaraq bildiririk ki, agentlik köçürülmə prosesinə nəzarət edən qurumdur, köçürülmə ilə bağlı qərarlar ali təhsil müəssisələri tərəfindən qəbul olunur. Əgər tələbələr proseslə bağlı hər hansı çətinliklə üzləşsələr, köçürülmək istədikləri müəssisəyə müraciət edə bilərlər”. 

Nigar Abddullayeva 
“Cebheinfo.az”

Açar sözlər: tələbələr agentlik Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyul 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri