Icma.az
close
up
RU
Agentlik xaricdə işləmək istəyənlər üçün vakansiya elan edib

Agentlik xaricdə işləmək istəyənlər üçün vakansiya elan edib

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əmək bazarının qlobal tendensiyalarını və vətəndaşların artan maraqlarını nəzərə alaraq, xarici ölkələrdə rəsmi və təhlükəsiz iş imkanları barədə məlumatlandırma və bu vakansiyalar üzrə işlə təminata dəstək prosesinə başlayır.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Agentlik etibarlı tərəfdaş qurumlar tərəfindən təqdim olunmuş, rəsmi yoxlamadan keçirilmiş və yalnız qanuni, təhlükəsiz və müqavilə ilə tənzimlənən xarici iş imkanları barədə elanları təqdim edir. Bu iş elanlarına qardaş Türkiyədə mövcud olan və 18-50 yaş arası şəxslər üçün nəzərdə tutulan aşağıdakı vakansiyalar daxildir:

Hotelçilik sahəsi üzrə hər birində əməkhaqqı minimum 750 ABŞ dolları və və müqavilə müddəti 6-9 ay olan 450 vakansiya (o cümlədən,qeydiyyatçı (reception), qonaqlarla iş üzrə əməkdaş, qonaqların qarşılanması və yönləndirilməsi üzrə işçi, ofisiant və köməkçi, barmen, əyləncə tədbirlərində səhnə üzrə işçi, aşpaz və köməkçi),

Gəmiçilik sahəsi üzrə (fərqli tonnajlı quru yük gəmilərində) hər birində əməkhaqqı 1700 ABŞ dollarına qədər və müqavilə müddəti 6 ay olan 20-dən çox vakansiya (bosman, matros, motorçu, aşpaz).

Xaricdə işləmək üçün seçilərək yola salınanların nəqliyyat və qalma xərcləri qarşılanacaq.

Bu layihədə əsas məqsəd vətəndaşların xaricdəki rəsmi, təhlükəsiz iş imkanları barədə məlumatlanmasını, rəsmi əmək miqrasiyası imkanları barədə doğru, yoxlanılmış, şəffaf informasiya əldə etmələrini təmin etməkdir.

Həmçinin layihə vətəndaşların qeyri-rəsmi vasitələrlə xaricdə iş axtarışından irəli gələn risklərdən, sui-istifadə hallarından qorunmasına, əmək bazarında beynəlxalq təcrübə qazanmaq istəyənlərə qanuni kanallar yaradılmasına hədəflənib.

Qeyd edilən vakansiyalar barədə məlumat almaq istəyənlər Agentliyin rəsmi internet səhifəsinə, “142” Çağrı Mərkəzinə, DOST mərkəzlərinə və müvafiq regional məşğulluq filiallarına, həmin iş yerlərində işləmək istəyənlər isə CV-ləri ilə qurumun [email protected] e-post ünvanına müraciət edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:440
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri