Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün baytarlıq ləvazimatlarının satın alınması ilə bağlı keçirilən müsabiqənin qalibi “Next Supplies” MMC (VÖEN – 1502210811) olub.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tenderin qalibi olan “Next Supplies” MMC -yə 24 min 457 manat 21 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “Next Supplies” MMC 2012-ci ildə vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, ev 1, m. 5718-də yerləşən MMC-nin qanuni təmsilçisi Əliyev Emil Məmmədhüseyn oğludur.
Tenderin qalibi olan “Next Supplies” MMC-nin hazırda (21.10.2026) dövlət büdcəsinə 2 min 192 manat 97 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.
“Next Supplies” MMC sentyabr ayının 18-də tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman vergi borcu son 1 ayda yaranıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:FHN in tenderini udan şirkətin dövlətə vergi borcu varmış FOTO
15 Avqust 2025 14:15
5 manatlıq şirkətin 235 min manat vergi borcu var
12 May 2025 23:18
Şəkidə faciəvi şəkildə ölən Ucal bu şirkətin agentliyin imiş
09 Sentyabr 2026 00:29
20 manatlıq şirkətin vergi borcu 827 min manatı ötüb
08 Oktyabr 2025 10:14
4 manatlıq şirkətin 1 milyon manat vergi borcu var
29 Aprel 2026 18:32
Baxış sayı:122
Bu xəbər 21 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















