Agentliyin əməkdaşları balıqların kütləvi öldüyü su anbarında olublar
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa rayonunda yerləşən Bənəniyar su anbarına baxış keçirib. Baxışın əsas məqsədi oktyabrın 16-da anbarda su səviyyəsinin azalması nəticəsində baş vermiş balıqların kütləvi tələf olması ilə bağlı yaranmış vəziyyəti yerində araşdırmaq olub.
Sədr müavini mövcud vəziyyəti dəyərləndirib, hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 17 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















