Agentliyin sədrinə yeni müavin TƏYİN EDİLİB
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə Emil Hüseynli gətirilib.
O, martın əvvəlindən səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, Emil Hüseynli 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və orta biznesin maraqlarının müdafiəsi departamentinin müdiri, 2019-2025-ci illərdə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.
Xatırladaq ki, bundan əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib.
Baxış sayı:79
Bu xəbər 27 Mart 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















