AGERPRES rəsmisi: Xəbərlər yalnız təsdiqlənəndən sonra yayımlanmalıdır
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Son dövrlərdə informasiya agentliklərinin rolu daha da artıb. Müasir dövrdə insanlar xəbərlərə müxtəlif platformalar və texnologiyalar vasitəsilə daha geniş şəkildə çıxış əldə edə bilirlər. Bu isə informasiya agentliklərinin məsuliyyətini daha da artırır".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Rumıniyanın AGERPRES xəbər agentliyinin baş direktorunun müavini Kristina Mixaela Tatu Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən "AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi" mövzusunda dəyirmi masada səsləndirib.
O qeyd edib ki, AZƏRTAC müxtəlif ölkələrin xəbər agentlikləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurub və Rumıniyanın AGERPRES agentliyi də bu qurumlardan biridir.
"Bizim əsas məqsədimiz ictimaiyyətə yalnız təsdiqlənmiş və etibarlı xəbərləri təqdim etməkdir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində mühüm məlumatların paylaşılmasına xüsusi önəm veririk", - deyə Kristina Mixaela Tatu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 İyul 2025 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















