Icma.az
close
up
RU
AGF rəsmisi Dünya Güləş Birliyində yaradılan yeni komitənin prezidenti seçilib

AGF rəsmisi Dünya Güləş Birliyində yaradılan yeni komitənin prezidenti seçilib

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev Dünya Güləş Birliyi (UWW) tərəfindən yaradılan yeni komitənin prezidenti seçilib.

"Report" xəbər verir ki, Adrian Bakosun vitse-prezidenti seçildiyi yeni komitə qrapplinq, pankration və həvəskar MMA üzrə yaradılıb.

Belə ki, bu sahələrdə çox sayda idmançının bir neçə idman növü ilə məşğul olması səbəbindən bu idman növlərinin vahid komitə tərəfindən idarə edilməsi qərara alınıb. Birlik bu idman növlərini vahid komitədə birləşdirməklə bu sahəyə daha çox və peşəkar səviyyədə diqqət ayrılmasını hədəfləyir. Bununla bağlı milli federasiyalara müvafiq qaydada müraciət edilərək qrapplinq, pankration və həvəskar MMA idman növlərinə dəstək verməyə çağırılıb.

UWW-nin seçim qaydalarına uyğun olaraq milli federasiyalar tərəfindən əlavə 3 üzvün də seçilməsindən sonra komitə tam formalaşdırılacaq. Yeni komitəyə idmançı, məşqçilər və texniki komissiyalar kimi əlavə komissiyalar dəstək verəcək.

Pankration - həvəskar MMA bölməsinə Onur Şimşək, qrapplinq bölməsinə isə Antonina Bosser nəzarət edəcəklər.

Qeyd edək ki, pankration əlbəyaxa döyüş idman növlərindən biri kimi, Yunanıstanda yaradılıb və qədim dövrdə klassik Olimpiya Oyunlarının tərkibində yer alıb.

Qrapplinq və MMA isə müasir idman növləridir. Güləş idman növlərindən biri olan qrapplinqin özəlliyi boğucu fəndlərdən ibarətdir. Qarışıq idman növü olan MMA-da isə həm döyüş, həm də güləş fəndlərindən istifadə edilir. UWW həvəskar MMA üzrə yarışları peşəkar MMA-dan fərqli olaraq, qəfəsdə deyil, güləş xalçası üzərində keçirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri