“AGF Trophy”: 3 gimnastımız finalda, yeniyetmələrimiz komanda hesabında ikinci olublar
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.
İdman.biz xəbər verir ki, yarışın ikinci günü yeniyetmələrin gürz və lentlə çıxışı ilə başlayıb.
Dörd azərbaycanlı idmançı finala yüksəlib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərin təsnifat mərhələsinin qalibi olub, Fidan Qurbanlı da bu yarışda ilk səkkizliyə düşüb.
Şəms Ağahüseynova lentlə təsnifatda ikinci, Fidan Qurbanlı isə dördüncü yerdən finala yüksəlib.
Komanda yarışında yeniyetmələrimiz ikinci yeri tutublar. Ağahüseynova və Atakişiyevanın yer aldığı Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xal toplayaraq yalnız Qazaxıstan-1 komandasından geri qalıb.
Qeyd edək ki, ötən gün yeniyetmələrin yarışında Şəms Ağahüseynova və Ayla İbrahimova topla, Azadə Atakişiyeva və Nur Sadıqova isə halqa ilə hərəkətlərdə finala yüksəliblər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 29 Mart 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















