AGFdən növbəti layihəyə start İdman və Biz
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Güləş Federasiyası ölkədə güləşin inkişafını sürətləndirmək və bu sahədə keyfiyyəti artırmaq məqsədilə növbəti layihəyə start verir.
İdman.biz xəbər verir ki, noyabrın 5-dən dekabrın 10-dək güləş məşqçiləri üçün Ümumrespublika seminarı keçiriləcək.
Ötən il olduğu kimi, bu il də seminar ölkənin bütün bölgələrini əhatə edəcək. Seminar çərçivəsində milli komandalarımızda çalışan mütəxəssislər və hakimlərimiz nəzəri və praktiki məşğələlərdə öz təcrübələrini məşqçilərlə bölüşəcək, məşqlərin keçirilməsi, güləş qaydalarının ətraflı izahı və s. mövzuda geniş məlumat verəcəklər. Məqsəd ölkənin müxtəlif bölgələrinin idman məktəblərində, cəmiyyət və təşkilatlarda işləyən güləş məşqçilərinin bilik və bacarığını daha da təkmilləşdirməkdir.
Qeyd edək ki, ilk belə tədbir sabah Naxçıvan şəhərində keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 04 Noyabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















