Icma.az
close
up
RU
Ağıllı saat istifadə edənlərə XƏBƏRDARLIQ Xəbər saytı Son xəbərlər və Hadisələr

Ağıllı saat istifadə edənlərə XƏBƏRDARLIQ Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Son araşdırmalar göstərir ki, ağıllı saatlar və fitnes izləyicilərində istifadə olunan bəzi materiallar insan sağlamlığı üçün risklər yarada bilər. Bahalı ağıllı qolbaqların istehsalında istifadə edilən flüorlu sintetik kauçukun tərkibində zərərli "kimyəvi maddələr" (PFAS) tapılıb.

BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirir ki, bu qolbaqların tərkibində perfluoroheksanoik adlı turşu (PFHxA) var. PFHxA həm ətraf mühitə, həm də insan sağlamlığına ciddi təsirləri ilə tanınan PFAS kimyəvi maddələr qrupunun üzvüdür.

PFAS maddələri davamlılığı artırmaq, çirklənmənin qarşısını almaq və suyu dəf etmək xüsusiyyətlərinə görə bir çox istehlak məhsulunda, o cümlədən ağıllı qolbaqlarda istifadə olunur. Lakin bu kimyəvi maddələr dəri ilə təmasda bədənə keçə bilər.

Mütəxəssislərdən Xəbərdarlıq

Scripps Araşdırma İnstitutunun mütəxəssisi Qrem Peasli bu məsələyə diqqət çəkərək bildirib:

"Bu məhsulların tərkibində kimyəvi maddənin belə yüksək səviyyədə olması uzun müddət dərimizlə təmasda olanda narahatlıq doğurur."

Araşdırma Nəticələri

Tədqiqatçılar müxtəlif markalardan olan 22 ağıllı saat və fitnes qolbağını araşdırıb. 13 flüorlu elastomer qolbağın hamısında flüor, doqquz qolbaqdan ikisində isə flüor izləri tapılıb. Daha bahalı məhsullarda flüor səviyyələrinin ümumiyyətlə daha yüksək olduğu müşahidə edilib.

Maddənin konsentrasiyası bəzi nümunələrdə 16,000 ppb-ə çatıb ki, bu da kosmetik məhsullarda rast gəlinən səviyyələrdən dörd dəfə yüksəkdir.

Sağlamlıq Riskləri və Tövsiyələr

PFHxA-nın dəri vasitəsilə nə dərəcədə bədənə keçdiyi və təsirləri hələ tam olaraq müəyyən edilməyib. Buna baxmayaraq tədqiqatlar göstərir ki, normal şəraitdə belə bu maddə dəri tərəfindən əhəmiyyətli dərəcədə udula bilər.

Mütəxəssislər istifadəçilərə silikon əsaslı, daha ucuz qolbaqlar seçməyi tövsiyə edir. Bahalı məhsulları almaq istəyənlərə isə "flüorlu elastomer" tərkibindən çəkinmələri məsləhət görülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri