Icma.az
close
up
RU
Ağır qaraciyər xəstəliklərinin əsas səbəbi Hepatit C, B və D virusları

Ağır qaraciyər xəstəliklərinin əsas səbəbi Hepatit C, B və D virusları

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hepatit virusları bu günə qədər əsas ictimai sağlamlıq problemlərindən biri olub, milyonlarla insana təsir etmişdir. Dünyada yalnız hepatit C-dən 71 milyon insanın əziyyət çəkdiyi hesablanmışdır və hər il bunların 399 000-i ölümlə nəticələnir.

Hepatit C

Hepatit C qaraciyər xəstəliyi olub Hepatit C Virusu (HCV) nəticəsində yaranır. Hepatit C-nin kəskin və xroniki halları olub, şiddəti bir-iki həftəlik yüngül xəstəliklə ömürlük ağır xəstəlik arasında dəyişir.

Xəstəliyin şiddətindən asılı olaraq 95%-i antiviral dərmanlar vasitəsi ilə müalicə edilə bilir. HCV qan vasitəsilə yoluxur. Yoluxma səbəbləri:

- Steril olmayan və ya işlənmiş inyeksiya və gigiyena vasitələrinin istifadəsi.

- Yoxlanılmamış qanın köçürülməsi.

- HCV daşıyan qanla birbaşa təmas.

Bunlardan başqa HCV qorunmasız cinsi əlaqə və HCV daşıyan hamilə qadından övladına keçə bilər ancaq, bu cür yoluxmalara çox az rast gəlinir.

HCV nin inkubasiya dövrü 2 həftə - 6ay arasında olub. İlk başlarda 80% insanda heç bir simptom göstərmir. İrəliləyən dövrlərdə isə yorğunluq, qızdırma, halsızlıq, əzələ və oynaq ağrıları, qarın ağrısı, iştahsızlıq, qusma və tünd rəngli sidik kimi spesifik olmayan simptomlar göstərə bilər. Müalicə olunmadığı təqdirdə HCV, sirroz və ya qaraciyər xərçənginə səbəb ola bilir.

HCV-nin təyini bir çox üsulla həyata keçirilir. Bu üsullar keyfiyyət (-/+) və kəmiyyəti (HCV sayı) göstərir. HCV keyfiyyət və kəmiyyətinin ən dəqiq diaqnoz metodu “Real Time PCR” metodu hesab olunur. Bu metodla Hepatit C virusunun hər millilitrə düşən sayı hesablanır.

Real time PCR nəticəsindən sonra “HCV genotipləmə”, müalicə üsulunun seçilməsi üçün tövsiyə olunur. HCV genotipləmə əsasında virusun növü aşkar edilir. HCV-nin 6 əsas genotipi vardır və bu genotiplərin sub-tipləri mövcuddur. Adətən infeksiyaya yoluxmuş insanda 1 dominant genotip müəyyən edilir, ancaq bir neçə genotipin eyni anda infeksiyasıda mümkündür.

Hepatit C virusu zülal kapsulla əhatə edilmiş tək iplikli RNT-dən ibarətdir. Qanda dövr edən HCV  qaraciyərdən keçərkən qaraciyərin hüceyrələrinə daxil olur və özlərini kopyalamaq üçün bu hüceyrələrdən istifadə edirlər. Kopyalama zamanı RNT xüsusi enzim vasitəsi ilə zülallara çevrilir və yeni RNT lərin sintezində rol oynayır. Bu kompleks çoxalma yöntəmi virusda bir çox mutasiyalara yol açaraq yeni HCV variasiyalarını yaradır. Məhs buna görə də HCV üçün effektiv vaksin hələ də mümkünsüzdür.

Hepatit B

Hepatit B də qaraciyər xəstəliyi olub, Hepatit B Virusunun infeksiyası nəticəsində yaranır. İnfeksiya müalicə edilmədikdə ölümcül ola bilir. Eyni HCV kimi HBV də qaraciyərdə sirroza və xərçəngə səbəb ola bilir. İnfeksiya 5 yaşına kimi uşaqlarda tapıldıqda xronik hala keçmə ehtimalı 95% olduğu halda yetkin insanlarda xronik hala keçmə ehtimalı 5%-dir. İnfeksiyanın ən çox yayıldığı bölgələrdə ötürülmə əsasən anadan övlada keçir. Digər yoluxma şərtləri HCV ilə eynidir.

İnfeksiya ilk həftələrdə heç bir simptom göstərmir və irəliləyən zamanlarda HCV də olduğu kimi qeyri-spesifik simptomlar göstərir.

HBV-nin inkubasiya dövrü 30- 180 gün arasında dəyişə bilir.  HCV dən fərqli olaraq, HBV DNT virusudur,  yəni zülal kapsidin içində RNT yox DNT vardır.

Əlverişli şəraitdə (qaraciyərin hüceyrələrinə daxil olduqda) bu DNT birbaşa kapsid zülallarının sintezində rol oynayır. HCV-yə nəzərən HBV-nin  çoxalmasında daha dözümlü olan DNT iştirak etdiyinə görə bu proses zamanı mutasiyaya daha az məruz qalır və elə buna görədə HBV üçün effektiv vaksin vardır.

Hepatit B virusunun da Real Time PCR metodu ile keyfiyyət və kəmiyyət analizi edilə bilər. Hepatit B virusunun qarşısını almaq üçün vasitə vaksindir.

Hepatit D

Hepatit D virusu sadəcə HBV virusi ilə birlikdə görülür. HDV-nin digər viruslardan fərqli olaraq çoxalmaq üçün HBV yə ehtiyacı vardır.

HBV-yə yoluxmuş xəstə HDV-yə yoluxarsa, bu növ infeksiya super-infeksiya adlanır. HDV super-infeksiyası zamanı, HDV çoxalaraq HBV-ni ötə bilər. Bu virusun varlığı HBV-nin effektini (sirroz, qaraciyər xərçəngi) sürətləndirir.

HBV-HDV ko-infeksiyası xroniki hepatitin ən şiddətli halı hesab edilir. HDV RNT virusu olub zülal kapsulu ilə əhatə edilmis tək iplikli RNT-dən ibarətdir. HDV çoxalarkən məhz bu zülal kapsulunun sintezi üçün HBV-yə ehtiyac duyur. Ona görə də HBV-yə qarşı vaksin HDV üçündə keçərlidir və hal-hazırda HDV-nin qarşısını almaq üçün yeganə metod sayılır.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

http://saglamolun.az/index.php/ozel-klinikalar/983-bioloji-tebabet-klinikasi.html

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 06:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri