Icma.az
close
up
RU
Ağır qəza baş verdi 10 yaralı var

Ağır qəza baş verdi 10 yaralı var

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, mayın 18-də saat 17:05-də Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (2-si kişi, 1-i qadın cinsli, 2 azyaşlı olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Eyni gün saat 17:55-də Lənkəran şəhərinin Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (3-ü kişi, 2-i qadın cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

22:14

Lənkəranda ayrı-ayrı ünvanlarda yol-nəqliyyat hadisələri baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, qəzalardan biri rayonun Gərmətük qəsəbəsi ərazisində, digəri isə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"Toyota RAV4", "Lada Granta", VAZ-2106, "Nissan" avtomobillərinin və "Mercedes-Benz" markalı sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzalarda 2-si azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəstəxanadan verilən məlumata görə, 10 nəfərdən 5-i bir ailənin üzvləridir və onlar rayonun Velədi kənd sakinləridir.

Qəzalarda 2000-ci il təvəllüdlü Asim Cavid oğlu Nəcəfov, 2004-cü il təvəllüdlü Elnaz Əli qızı Nəcəfova, 2003-cü il təvəllüdlü Ağa Cavid oğlu Nəcəfov, 2016-cı il təvəllüdlü Z.Nəcəfova, 2024-cü il təvəllüdlü R.Nəcəfova, 1977-ci il təvəllüdlü Rahid Baladadaş oğlu Əskərov, Masallı rayon Həsənli kənd sakini 2004-cü il təvəllüdlü Zeynalabdin Nahid oğlu Əliyev, Masallı rayon Sığıncaq kənd sakini, 2004-cü il təvəllüdlü Ramilə Ramil qızı Rüstəmova, Masallı rayon Sığıncaq kənd sakini, 2005-ci il təvəllüdlü Mənsurə Eldəniz qızı Zahidova və Masallı rayonunun Bədəlan kənd sakini, 1994-cü il təvəllüdlü Murad Rövşən oğlu Əzizov xəsarət alıblar.

Yaralıların ümumi vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktlarla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 May 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see249

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see244

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see230

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see225

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see221

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see220

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see219

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see208

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see206

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see205

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see202

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see197

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see190

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see186

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see186

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see185

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see174

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see165

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see160

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri