Icma.az
close
up
RU
“Ağır qrafikdəyik...” Qurban Qurbanov

“Ağır qrafikdəyik...” Qurban Qurbanov

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ” Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Sabah”la 1:1 hesablı heç-heçə edib.

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Son dəqiqələrdə tam istədiyim oyun oldu. Oyunu iki hissəyə bölərdim. İlk hissədə və ikinci hissənin əvvəlində temp aşağı idi. Rəqib də buna səbəb oldu. İlk dəqiqələrdə fərqli oyun üslubu seçmişdi. Bizim futbolçular da o tempə öyrəşdilər. İkinci hissədə azarkeşlər üçün daha maraqlı futbol oldu. Rəqibin hücum xətti çox bacarıqlıdır. Bu gün hər iki komanda qalib gələ bilərdi. Bəlkə də ədalətli nəticə bərabərlikdir. Ağır qrafikdəyik. Futbolçularda bir az yorğunluq hiss olunur.

- Heyətdə rotasiyalar etməyinizin səbəbi nə idi?

- “Qəbələ” ilə kubok matçında da dəyişikliklər etmişdik. Futbolçulara görə bir az ehtiyatlanırıq. Kevin Medina fiziki cəhətdən ən hazırlıqlı oyunçularımızdan idi. 2 oyunu 90 dəqiqə oynadı və əzələ problemi oldu. Avropa oyunlarında temp başqadır. Bu gün bəlkə də hücum xəttini gücləndirməli idim, amma Bədavini Bəhlulla əvəzlədim. Heç bir futbolçunu ritmdən salmaq istəmirik. Futbolçuların durumuna görə belə addım atmışdıq.

- Yassin Benzia bu gün dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Bu, nə ilə bağlı idi?

- Sistem öz yerində idi. Sadəcə o zonaya Benzianı çəkdik. Standart vəziyyətləri düşünürdük. Onu başqa matçlarda da həmin mövqedə oynatmışıq.

- Vasili Berezutski sizi təəccübləndirə bildi?

- Mənim hər hansı fikir söyləməyim hələ tezdir. Onun meydandakı düşüncələrini görmək üçün qarşıdakı oyunları izləməliyik. Düzünü desəm, heyəti görəndə bir az təəccübləndim.

- Bugünkü oyunda “Elfsborq”la matçı nəzərə almışdız?

- Futbolçuların hazır olması lazımdır. Biz hələ rəqibi tam təhlil etdikdən sonra nəsə deyə bilərik. Hələ iki məşqimiz olacaq. Sırf onlarla matçın oyun planı üçün bu gün nəsə etmədik.

- Juninyonun əvəzlənməsi yorğunluqla bağlı idi?

- Yox. Oyunun gedişatı və limitlə bağlı idi. Nəriman da sağda yorulmuşdu. Ona görə Kaşuku sağ cinaha buraxdıq və Nərimanı mərkəzə çəkdik.

- Məşqlərdə futbolçulara uzaqdan zərbələrin üzərində işləməyi tapşırırsız?

- Tapşırırıq, məşq edirik.

- “Araz-Naxçıvan” Premyer Liqanın lideridir. Onlarla rəqabəti hiss edirsiz?

- Liderdirlər. Əsas bu cür komandalardan ehtiyat etmək lazımdır. Sakit öz işlərini görürlər. Buna sevinirəm, Elmar Baxşıyevə uğurlar arzulayıram, ciddi iş görülüb. Onların oyununu tam analiz etməyə hələ ki, vaxtım yoxdur. Amma mənim üçün çox maraqlıdır. Onlarla matça kimi yaxşı təhlil etməliyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Dekabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri