Icma.az
close
up
RU
Ağızdakı bu əlamətlər təhlükəli xəstəlikdən xəbər verə bilər

Ağızdakı bu əlamətlər təhlükəli xəstəlikdən xəbər verə bilər

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Alimlər diş əti xəstəlikləri ilə ürək və beyin xəstəlikləri arasında təhlükəli əlaqə aşkar edib

Gununsesi.info  xəbər verir ki, araşdırma “Neurology Open Access” jurnalında dərc olunub.

Araşdırma diş əti xəstəlikləri və diş çürüməsinin təkcə ağız sağlamlığına deyil, həm də ürək və beyin damar sisteminə ciddi təsir göstərə biləcəyini ortaya qoyub.

Mütəxəssislər təxminən 6 min nəfərin sağlamlıq məlumatlarını təhlil ediblər. Nəticələrə görə, həm diş çürüməsi, həm də diş əti iltihabı olan şəxslərdə insult riski 86 faiz, infarkt riski isə 36 faiz artıb.

Tədqiqatçılar bildiriblər ki, ağız boşluğunda xroniki iltihab prosesləri orqanizmdə ümumi iltihabi reaksiyanı gücləndirir və bu da damar divarlarının zədələnməsinə səbəb olur. Nəticədə, qan dövranı pozulur və trombların əmələ gəlmə riski yüksəlir.

“Diş əti xəstəlikləri və diş çürüməsi çox vaxt diqqətdən kənarda qalır, halbuki onlar beyinə qan axınını pozaraq işemik insultun inkişafına şərait yarada bilər,” – deyə tədqiqat müəllifləri qeyd edib.

Alimlər xəbərdarlıq edirlər ki, bu, səbəb-nəticə əlaqəsini tam sübut etmir, lakin diş və diş əti sağlamlığının qorunmasının insanın ümumi sağlamlığı üçün həyati əhəmiyyət daşıdığını göstərir.

Mütəxəssislər dişləri gündə iki dəfə fırçalamağı, diş sapından istifadə etməyi və mütəmadi olaraq stomatoloqa müraciət etməyi tövsiyə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Noyabr 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri