Icma.az
close
up
RU
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in Taleyi necə oldu?

Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in Taleyi necə oldu?

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İndi bəhs edəcəyimiz “polkovnik”i ölkədə az qala, hamı tanıyır. Söhbət 2021-ci ildə özünü Fövqəladə Hallar Nazirliyinin komandiri kimi təqdim edərək Türkiyənin Marmaris bələdiyyə sədri Mehmet Oktay və digər rəsmi şəxslərlə görüşlər keçirən Rasim Əhmədlidən gedir. Onun ağlagəlməz fırıldaqları həmin vaxt ciddi rezonans doğurmuşdu.

Bəs “məşhur polkovnik”in sonrakı taleyi necə oldu?

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Türkiyədəki görüşlərindən sonra beynəlxalq axtarışa verilən Rasim Əhmədli bir müddət sonra tutularaq Azərbaycana gətirilib.

Əvvəlcə Xəzər rayonunda aparılan istintaqla ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar, xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, 2023-cü ildə isə növbəti cinayət epizodları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Yekunda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Lakin Rasimlə bağlı yeni cinayət epizodları müəyyən edildiyindən, iş materialları əlavə istintaq üçün prokurorluğa qaytarılıb.

Yeni faktlar üzrə müəyyən edilmiş cinayət əməlləri Nəsimi rayonu ərazisində baş verdiyi üçün istintaq sonradan Nəsimi Rayon Prokurorluğunda davam etdirilib. Bu araşdırma dövründə - 2024-cü ildə “məşhur komandir” həbsdən azad edilib. Maraqlıdır ki, Rasimin dələduzluq cinayəti ilə bağlı hələ də məhkəmə araşdırması gedir. Onun işini Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov araşdırır.

Rasim Hazırda Bakıətrafı qəsəbələrdən birində yaşayır, ölkədən çıxışı qadağandır. Təqsiri sübuta yetirilsə, onu 5 ilə kimi həbs cəzası gözləyir. 

Qeyd edək ki, əslən mingəçevirli olan Rasim Əhmədli 2021-ci ilin iyulunda Türkiyədə baş verən meşə yanğınları zamanı özünü FHN əməkdaşı kimi təqdim edərək guya yanğınların söndürülməsində iştirak etdiyinə görə Marmaris bələdiyyə sədri tərəfindən təltif olunmuşdu. Lakin Türkiyə mediasında bu barədə məlumat yayıldıqdan sonra Azərbaycan FHN Rasim Əhmədli adlı əməkdaşlarının olmadığını açıqladı. Daha sonra Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı məlumat yayaraq Rasim Əhmədlinin müxtəlif cinayət əməllərinə görə beynəlxalq axtarışda olduğunu elan etmişdi

Sail Ağasəlim






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri