Icma.az
close
up
RU
“Ağlayıb, ağlayıb, yatacaq”

“Ağlayıb, ağlayıb, yatacaq”

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yatana qədər uşağın ağlamasına göz yummaq çox pis fikirdir. Bu cür ideya, bu cür məsləhət uşağa və onun inkişafına qəti lazım deyil.

Uşaqlar məyus olduqda, həyəcan keçirdikdə və ya bihudə yerə (istədikləri şey olmadıqda) ağladıqda, onlar özlərinə görə məsuliyyət daşıyan böyüklərin qucağında ağlamalıdırlar. Düzdür, uşaqlar ağlaya-ağlaya yuxuya gedə bilərlər, məsələn, təzə doğulmuş körpələri analarından ayrı otağa yerləşdirdikdə bu baş verir. Amma bu həqiqi yuxu yox, psixoloji müdafiədir. Uşaq üçün ən çətini – ayrılıqdır. “Yaxşı, bəsdi, söhbəti qurtaraq, mən qapını bağlayıram” dedikdə, biz uşağı ayrılıq və həyəcanla üzləşdiririk. Bu uşaqda psixoloji müdafiə əmələ gətirir və uşaq bu səbəbdən yuxuya gedir. Lakin, bu doğru yatızdırma üsulu deyil.

Uşaqlar sakit şəkildə, rahat bir yerdə yatmalıdırlar. Eynilə bizim kimi. Əgər siz bir valideyn kimi onun yuxusunu düzgün təşkil etsəniz, bu qalan bütün münasibətlər üçün əsas rolunu oynayacaq. İki şey çox mühümdür, birincisi: biz uşaqlarla arasıkəsilməz münasibətlər qurmalıyıq. Siz uşaqların istədiyi vaxt sizinlə ola bilmə tələbini ödəməlisiniz. Odur ki, əgər onlar sizi görmürsə, heç olmasa məsələn  sizi eşitmələrinə imkan yaradın. Əgər eşitmirlərsə, heç olmasa sizin qoxunuzu duysunlar. Bunun üçün öz gecə köynəyinizi uşağın yanına qoya bilərsiniz. Onunla yaxınlıq hissini başqa üsullarla təmin edin. Nəticədə onların sizə bağlılığı o qədər dərinləşir ki, uşaqlar fiziki cəhətdən yanımızda olmadan da bizimlə yaxınlıq duya bilərlər. Onlar bizə öz qəlbləri ilə bağlıdırlar. Onlar bizə bənzəmə, təqlid yolu ilə bağlıdırlar. Bu bizim əsas məqsədimizdir və biz səbrli olmalıyıq. Uşaqlar bu mərhələni ötüb keçəcək.

Digər bir məqam isə odur ki, biz onların diqqətini ayrılıq barədə fikirlərə yönəltməməliyik. Onlar xəyalən bizimlə növbəti görüşü fikirlərində canlandırmalıdırlar. Yuxu ilə bağlı problemlərdə bu, əsas məqamdır. Odur ki, daim diqqəti növbəti görüşünüz üzərində cəmləyin. Məsələn, “Yuxuda görüşərik”. Əgər bir neçə dəqiqəlik ayrılmaq məcburiyyətindəsinizsə və uşağınız ən kiçik ayrılığa belə dözə bilmirsə, o zaman taymerdə 2-3 dəqiqə vaxt qoyun və deyin: “Vaxt bitənə qədər ana qayıdacaq, ata qayıdacaq. Səni bir dəfə də qucaqlamaq istəyirəm”. Daha sonra diqqəti görüşəcəyinizə yönəltmək çox mühümdür. Tədricən uşaq sizinlə görüşmək üçün səhərin açılacağını gözləyəcək qədər böyüyəcək. Əgər ona “Yuxuda görüşərik” desəniz, o səhər soruşduqda ona onunla əlaqəli gördüyünüz yuxunu maraqlı şəkildə danışın. Tezliklə, uşaq yuxunun sizinlə yeni görüş olduğu fikrinə alışacaq və yuxuya getməyi səbrsizliklə gözləyəcək. Yuxuya getmə prosesi getdikcə asanlaşacaq.

Əgər siz bu problemi həll edə bilsəniz, uşaqlıqda meydana gələn bir çox problemləri həll edə bilərsiniz, çünki ən əsas məsələ, uşaqların diqqətini növbəti görüşünüzdə cəmləməkdir. Beləliklə, siz onun diqqətini ayrılıqdan yayındıracaq, ayrılığın qarşısını almış olacaqsınız.

Müəllif: Qordon Nyufeld
Mənbə: «Что может быть альтернативой методу “дайте ребёнку выплакаться”?»
Tərcümə edən: Xumar Ərşadlı

Tebiivalideynlik.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri