Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Ağlıma onlarla fikir gəlir...

Ağlıma onlarla fikir gəlir...

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Məsələn, tüpürcək deyəndə ilk ağıla gələn nədir? Yox, mən sualı səhv qurdum. O üzdən də yenidən qurmağa çalışıram: yerdə tüpürcək görəndə ilk ağıla gələn nə olur? Mən işə gedib-gəldikcə yerdə sonsuz sayda tüpürcək gördüyüm üçün ağlıma onlarla fikir gəlir. Birincisi, rəhmətlik atamı və anamı ürəyimdə ittiham edirəm. Deyirəm axı bu nə tərbiyədir verib getmişiniz bizə ki, qız-qadın xeylağı başı aşağı olar. Yol-rizə çıxanda nəzərləri göylərdə gəzməz, ayağının altında olar. Nə üçün biz belə tərbiyə almalıydıq axı?

Nə olardı, başımız aşağı enmək əvəzinə, göylərdə dolaşardı ki, bəzi üzdəniraq kişilərin bu zəhrimarını görməzdik də. Qəribə tərbiyə verib gedibllər bizə...

Sonra bu fikirdən daşınıram. Öz-özümə deyirəm ki, sən də nəyi qoyub, nəyi danışırsan. Hə, ağlıma başqa bir fikir gəlir. Düşünürəm ki, yerə tüpürən insanların yəqin ki, evdə-işdə üzlərinə tüpürənlər çox olur. Məsələn, yerə tüpürənlərin yüz faiz kişilər olduğunu nəzərə alsaq, elə kişilər var ki, bəli, arvadları gündə bir neçə dəfə üzlərinə tüpürür ki, niyə bunu almadın, niyə bunu qazana bilmədin. Onlar da arvadın qorxusundan onun üzünə yox, çıxıb bayırda yerə tüpürürlər. Sözsüz.

Hə, elə kişilər də var ki, işdə müdirlə sözü olur, hansısa məsələlərdə razılaşmırlar bir-biriləri ilə. Müdir danlayır, üzünə tüpürür. Bu kişi də nə etsin axı, o da tüpürməyəcək ki, əsəbindən çıxıb bayırda yerə tüpürür ki, əsəb içindən çıxsın.

Düşünürəm ki, kişilərin yerə tüpürmə səbəblərindən daha nə ola bilər ki, hər addım başında onunla rastlaşırıq, bir tikə yediyimiz burnumuzdan fitil-fitil tökülüb gedir. Elə bu anda düşünürəm ki, hə, siqaret. Bu siqaret onların tənəffüs yollarını edib iltihab anbarı. Öskürürlər, öskürürlər, nə etsinlər, tüpürməlidirlər də. Durub fikirləşməyəcəklər ki, mən bura tüpürdüm, axı bir azdan arxadan kimsə gəlib görəcək bunu.

Bir də fikirləşirəm ki, hə, kişilər var, küçəni də evi hesab edir. Bu, əslində böyük sevgidir ki, hər bir küçə öz evin, həyətin ola. Həqiqətən çoxlarımıza nəsib olmayan elə bir hisdir ki, bu... Küçəni evin kimi, evini küçən kimi sevəsən... Və belələri elə bu səbəbdən də içinin pisliyini küçədəki tək evdə də hara gəldi atır. Sözsüz.

Az qala yadımdan çıxmışdı. Kişilər də var ki, evdə uşağın-böyüyün bir səhvini görən kimi yerli-yersiz “tuu sizə”,- deyib əsəbləşir. Ta belə olan halda onun küçədə yerə tüpürməsinə nə var ki... Arvadın, uşağın üzünə tüpürə bilir, küçəyə yox. Bu, belə kişilər üçün adiləşmiş haldır.

Yolboyu elə hey düşünürəm ki, daha nə? Daha nələr, hansı səbəblər ola bilər?.. Ağlıma yeni bir fikir gəlir. Pinti kişilər. Bəli, kişilər var ki, bayırdan evə gəldi, əllərini yumur, səhər yuxudan oyananda belə əl-üzünü yumağı artıq iş hesab edirlər. Evdə siqaret çəkib, külünü hara gəldi tökür, kötüyünü hara gəldi atırlar. Deyirlər ki, bəs arvad nədən yanadır, əziyyət çəksin yığışdırsın da. Axşamadək evdə oturub, amma mən səhərdən axşamadək işdə-gücdəyəm. Borcudur ki, çıxarıb hara gəldi atdığım corablarımı yığışdırsın, siqaret kötüklərini toplasın. Heç olmasa, bir iş görsün də bu xarabada. Hə, belə pinti kişilər küçəyə tüpürməyəndə hara tüpürəcəklər ki?..

Hə, bir də düşüncəsiz kişilər var. Düşüncəsiz, yox mədəniyyətsiz deyim. Çünki düşüncə yoxdursa, elə onda mədəniyyətsizlik ortaya çıxır da... Bəli, belə kişilər baxırsan ki, qadın-kişi bilmir, hamının yanında ağızlarına gələn sözü danışırlar. Bunu edənlər üçün küçədə hamının qarşısında hayxırıb tüpürmək nə qədər çətin ola bilər ki...

Yerdə addımbaşı rastlaşdığımız tüpürcəklə bağlı əsas fikrin ağlıma gəlməsi üçün çox sevindim. Tapdım, deyib ucadan çığırmaq, səsimi hər kəsin eşitməsini istədim. İstədim hər kəs eşitsin ki, bəli, yerə tüpürənlər mədəniyyətsiz kişilərdir. Utanmağın nə olduğunu bilməyən kişilər. Qadına əl qaldıran, evdəki səs-küyün qonşular tərəfindən eşidilməsini əsla özünə dərd etməyən, uşaqları ilə kobud rəftar edən, istədiyi yemək olmayanda evdə qan əkən. İş yerində, küçədə, nəqliyyatda özünü apara bilməyən kişilər var. Onlar küçəyə tüpürməyi də sadaladıqlarım kimi asanlıqla və utanmadan edirlər. Görürlər ki, qarşıdan qadın gəlir, çox böyük fəxrlə tüpürürlər. Bunu özlərinə şan bilirlər ki, bax, gör mən necə kişiyəm. Mən azadam, hətta küçəyə tüpürmək qədər azadam.

Hə, bundan sonra küçədə tüpürcəklə rastlaşanda çox düşünüb-daşınıb bunu kişilərin necə etdiyini anlamağa çalışmayın. Çünki fikirləşib tapdıq. Mədəniyyət. Elə bayaqdan bəri sadaladıqlarımın da hər biri mədəniyyətdən irəli gəlir. Lakin mədəniyyət məsələsi nədənsə axırda fikrimə gəldi. Sözsüz mədəniyyəti olan kişi elə bir səhv etməz ki, üzünə tüpürələr, o da əsəbindən yerə tüpürə.

Mədəniyyət... Çarə yoxdur, biz hər bayramda, hər doğum günlərində bəzi kişilərə mədəniyyət arzulayaq. Arzu edək ki, Allah-təala onlara azacıq mədəniyyət nəsib etsin. Etsin ki, özlərini küçədə apara bilsinlər. İçlərinin pisliyini küçələrə töküb camaatın yediyini burnundan gətirməsinlər, onları xəstə etməsinlər. Yoxsa and içəcəyik ki, başı aşağı olmayaq. Onda görək necə, bundan xoşları gələcək KİŞİLƏRİN?..

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Mart 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri