Icma.az
close
up
RU
Ağlını başına yığ! Putinlə Paşinyanın telefon görüşü

Ağlını başına yığ! Putinlə Paşinyanın telefon görüşü

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İrəvanın son vaxtlarda xarici siyasi kursunda Rusiya təsirindən uzaqlaşma istiqaməti artıq Kremlin səbir kasasını doldurur. Ermənistanın ABŞ ilə imzaladığı strateji tərəfdaşlıq sazişi isə İrəvan-Moskva münasibətlərində gərginləşmənin pik həddinə çatdırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə keçirdiyi mətbuat konfransında İrəvan-Moskva arasında yaranan gərginliyi müzakirə etmək üçün erməni həmkarı Ararat Mirzoyanın şimal paytaxtına dəvət oldunuğunu açıqlayıb.

Amma iki ölkə arasında gərginlik sürətlə dərinləşdiyindən Kreml Ararat Mirzoyanın Moskvaya səfərini gözləməyib. Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında yaranmış durumu telefonla Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə etməli olub.

İrəvan Paşinyanla Putin arasında baş tutan görüş barədə verdiyi rəsmi açıqlamada tərəflərin Ermənistanın Avrasiya İqtisadi İttifaqında sədrliyinin yekunlarını, Aİİ çərçivəsində qarşıda duran tədbirləri, eləcə də Ermənistan-Rusiya ikitərəfli gündəliyinin bir sıra məsələlərini müzakirə etdiklərini bildirib. Amma o da bəllidir ki, bu, tərəflərin ictimaiyyət üçün açıqlanan hissədir və burada liderlər səviyyəsində müzakirə olunacaq elə də ciddi məsələ yoxdur. Bu adi bir prosedur qaydadır. 

Burada digər məqam isə ondan ibarətdir ki, bundan öncə İrəvanın istər KTMT, istər digər məsələlərlə bağlı səsləndirdiyi ən sərt bəyanatlar, sərgilədiyi mövqe zamanı Putinlə Paşinyan arasında telefon danışığı olmayıb. İrəvanın Moskvadan uzaqlaşma siyasəti yürütməsi, Putində Paşinyana qarşı bir antipatiya yaradıb və hətta o istədikdə belə, onunla birbaşa əlaqədən qaçmağa çalışıb. Hətta Paşinyan Moskvaya səfər edən də belə, Putin onunla görüşməkdən yayındığını çılpaq formada və ya komandasının üzvləri vasitəsilə geniş ictimaiyyətə çatdırıb. 

Bütün bunlar onu deməyə əsas verir ki, Putinlə Paşinyan arasında baş tutan telefon danışığını zəruri edən daha ciddi və tərəfləri narahat edən məsələlər var. Qeyd etdiyimiz kimi, bu da son zamanlarda İrəvanın sürətlə Moskvanın təsir orbitindən uzaqlaşaraq Qərbə doğru istiqamətlənməsi, Kremli çox ciddi şəkildə narahat edir.

Moskva İrəvanın son addımlarının Rusiyanın bölgədəki maraqlarına tamamilə zidd olduğundan buna imkan verməyəcəklərini açıq şəkildə bəyan edir. Kreml yaxşı anlayır ki, İrəvanın növbəti addımları KTMT-dən, Aİİ-dən çıxmaq, rus hərbi bazasının, rus sərhədçilərinin Ermənistan ərazisindən çıxarılması, hüquqi cəhətdən Ermənistan ərazisində Rusiyanın tabeçiliyində olan müəssisələrin Moskvanın tabeçiliyindən çıxarılması məsələsi olacaq.

Putinlə Paşinyan arasında baş tutan telefon danışığında da bu məslələr müzakirə edilib və tərəflər yaranmış vəziyyətlə bağlı bir-birinə öz mövqelərini çatdırıb.

Telefon danışığı zamanı yəqin ki, Putin ən azı diplomatik qaydalara uyğun olaraq mesajı ilə yanaşı hədəsini Paşinyanın diqqətinə çatdırıb. Çox günmanki, Putin Paşinyana "ağlını başına yığ, yoxsa aqibəti çox acı olar" deməyi də unutmayıb.

Danışığın yekunu olaraq tərəflər çox böyük ehtimalla bu məsələləri xarici işlər naziri Ararat Mirzoyanın  yaxın günlərdə rəhbərlik  edəcəyi nümayəndə heyətinin Moskvaya səfəri zamanı daha detallı şəkildə müzakirə etmək barədə razılığa gəliblər.

Proseslərin gedişi onu göstərir ki, İrəvan-Moskva münasibətləri qarşıdakı mərhələdə daha da kəskinləşən xətt üzrə inkişaf edəcək. Təbii ki, iki ölkə arasındakı mövcud böhranın dərinləşməsi Cənubi Qafqazda da özünü müxtəlif formalarda büruzə verəcək.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Yanvar 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri