AGNA quru təmizləmə şirkəti 1 milyonluq paltarı yararsız hala saldı
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakının mərkəzində fəaliyyət göstərən AGNA quru təmizləmə şirkəti müştərinin 1 milyon rubldan artıq dəyəri olan ziyafət paltarını yararsız hala salıb.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı müştəri şirkəti məhkəməyə verib.
İddia tələbi onunla əsaslandırılıb ki, müştəri kimyəvi təmizləmə xidmətlərini həyata keçirən AGNA-ya müraciət edərək xalis ipək parçasından hazırlanmış və 1.085.000.00 Rusiya rublu (iddia verilən günə olan məzənnə ilə 21.244,69 AZN) qiyməti olan ziyafət paltarını kimyəvi təmizlənməsi üçün təhvil verib və buna görə cavabdehə 35 manat ödəyib.
AGNA tərəfindən edilmiş kimyəvi təmizləmədən sonra ziyafət paltarı yararsız hala düşüb və onun istifadə edilməsi, yaxud bərpası mümkün olmayıb.
Müştəri ziyafət paltarının bu vəziyyətə düşməsi səbəbinin aydınlaşdırılması üçün ekspertizaya müraciət edib. Ekspertiza rəyindən bəlli olub ki, paltardakı nöqsanlar peşəkar quru təmizləmə əvəzinə, peşəkar olmayan nəm (yaş) təmizləmə üsulu ilə təmizlənməsi nəticəsində yaranıb. Bu üsul paltarın etiketində göstərilmiş təlimatlara zidd olub.
O da məlum olub ki, həmin ziyafət paltarı müştərinin sifarişi ilə Rusiyada “Ulyana Sergeyenko” Moda Evi tərəfindən hazırlanıb.
Nəsimi Rayon Məhkəməsi müştərinin iddiasını təmin edib. Qərara əsasən, AGNA MMC vurulmuş ziyana görə 1 085 000 Rusiya rublu - ödəniş günü qüvvədə olan Azərbaycan manatı məzənnəsi ilə müştəriyə ödəməlidir. Bundan başqa, ekspertiza xərci və dövlət rüsumunu da şirkətin öhdəliyində qalıb.
Oxunub 44
Baxış sayı:383
Bu xəbər 10 Fevral 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















