Icma.az
close
up
RU
Ağrıkəsicilərdən uzunmüddətli istifadə edənlərə XƏBƏRDARLIQ FOTO

Ağrıkəsicilərdən uzunmüddətli istifadə edənlərə XƏBƏRDARLIQ FOTO

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ağrıkəsicilərin uzunmüddətli istifadəsi ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Bu kimi dərmanların nəzarətsiz və davamlı istifadəsi risklər yarada bilər”.

Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) baş həkimi Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, ağrıkəsicilərin uzunmüddətli istifadəsi ağrını azaltsa da, qığırdaq toxumasının bərpasına mənfi təsir göstərir:

“Ağrının müvəqqəti yüngülləşməsi nəticəsində xəstə aktivliyini artırır, lakin bu zaman oynaqda olan problemlər (məsələn, qığırdaq zədələnməsi) daha da irəliləyir. Bu dərmanlar əsas problemi həll etmir, yalnız simptomları aradan qaldırır. Bəzi ağrıkəsicilər və iltihab əleyhinə dərmanlar sümük sıxlığını azalda, xüsusən də uzun müddət istifadə edildikdə osteoporoza (sümük əriməsi) səbəb ola bilər. Ağrıkəsicilər qısamüddətli istifadədə təsirli olsa da, uzunmüddətli istifadədə ciddi fəsadlara səbəb ola bilər. Oynaq sağlamlığını qorumaq üçün həkim məsləhəti ilə yanaşı, düzgün həyat tərzinə üstünlük vermək daha faydalıdır. Ağrıların davamlı olması vəziyyətində mütləq mütəxəssisə müraciət edilməlidir”.

Nizami Məmmədov qeyd edib ki, oynaq ağrılarının uzunmüddətli idarə olunmasında ağrıkəsicilər əsas həll yolu olmamalıdır:

“Ağrını azaltmaq və oynaq sağlamlığını qorumaq üçün digər yanaşmalar da faydalıdır: Yüngül oynaq hərəkətləri və fiziki terapiya oynaq sağlamlığını dəstəkləyər, D vitamini, kalsium və omeqa-3 yağ turşuları oynaq və sümük sağlamlığı üçün vacib olanlardır. Çəkinin aşağı olması oynaq yükünü azaldaraq ağrını azalda bilər. İltihab əleyhinə bir sıra təbii vasitələr də var ki, onlar da oynaq ağrılarının azalmasına kömək edə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri