Icma.az
close
up
RU
Ağrılı qızdırma geri döndü: Honkonqda altı ildən sonra çikunqunya virusu

Ağrılı qızdırma geri döndü: Honkonqda altı ildən sonra çikunqunya virusu

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Honkonqda altı il ərzində ilk dəfə olaraq çikunqunya qızdırması ilə yoluxma halı qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" xəbər verir.

Bildirilir ki, yoluxan 12 yaşlı oğlan uşağıdır. İyul ayında Çinin Quandun əyalətinin Foşan şəhərinə səfərindən sonra onda yüksək hərarət, səpki və oynaq ağrıları kimi simptomlar müşahidə olunub.

Honkonq hökuməti yoluxmanın məhz Foşanda baş verdiyini hesab edir. Son həftələr ərzində Foşanda 6500-dən çox insan bu xəstəliyə yoluxub. Hazırda oğlan təcrid olunmuş otaqda müalicə alır, ailəsi isə həkimlərin nəzarəti altındadır.

Fuczyan əyalətinin Fucjou şəhərinin hakimiyyəti Foşandan gələnlər üçün iki həftəlik ev karantini tətbiq edib. Makao şəhərində isə artıq ilk yerli yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, "aaedes" cinsinə aid ağcaqanadların dişləməsi ilə insana ötürülən "çikunqunya" suahili dilində "bükən" mənasını verir. Bu ad, xəstəliyin güclü ağrılar və iflicə yaxın əzələ-skelet əlamətləri ilə müşayiət olunaraq insanı sözün əsl mənasında, ikiqat etməsi ilə bağlıdır. Hazırda tibbdə bu virus xəstəliyinə qarşı nə müalicə, nə də peyvənd mövcuddur. Yoluxmadan sonra 3-12 gün arasında inkubasiya dövrü keçir və xəstəlik qəfil yüksək qızdırma, üşütmə, bel və oynaq ağrıları, həmçinin səpkilərlə başlayır. Xəstəliyin xarakterik xüsusiyyəti simptomların uzun müddət davam etməsidir - bir çox xəstələrdə üç aydan çox müşahidə olunur.

Çikunqunya - az tanınan xəstəlik olsa da, ÜST-nin məlumatına görə, artıq dünyada 119 ölkədə yayılıb və 5.6 milyard insana təsir göstərib.

Honkonqun Gigiyena Departamenti xəstənin yaşadığı ərazidə ağcaqanadlara qarşı tədbirlər həyata keçirib. Bu tədbirlərə insektisidlərlə işləmə və durğun suların təmizlənməsi daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Avqust 2025 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri