Ağrını kəsmək istədi, qaraciyərini itirdi Gənc qızın faciəvi səhvi
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ard-arda iki ağrıkəsici qəbul edən qız həyatının şokunu yaşayıb.
Milli.Az xəbər verir ki, Esenyurtda yaşayan 20 yaşlı Kübra Yılmazın ard-arda iki ağrıkəsici qəbul etməsi həyatı bahasına başa gəlib. Qızın qaraciyəri fəaliyyətini dayandırıb, ona orqan köçürülüb.
Qarın ağrısı səbəbindən dərman qəbul edən Kübra vəziyyətinin qəfil pisləşməsi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onun qaraciyəri bir neçə saat ərzində sıradan çıxıb.
"Mədə ağrım vardı, iki ağrıkəsici içdim. Sonrasını xatırlamıram, ayılanda reanimasiyada idim. Sadəcə ağrını azaltmaq istəmişdim, amma bu vəziyyətə düşəcəyimi ağlıma gətirməzdim," - deyə Kübra göz yaşları içində danışıb.
Müalicəni aparan Prof. Dr. Erdem Kınacı bildirib ki, bir çox insanlar dərmanların birlikdə istifadəsinin təhlükəsini anlamır:
"Bəzi ağrıkəsici və antibiotiklər bir-birinin təsirini artırır və bu, qısa zamanda qaraciyər iflasına gətirib çıxara bilər. Kübranın vəziyyəti çox ağır idi. Xoşbəxtlikdən orqan tapıldı və əməliyyat uğurla başa çatdı."
Həkim həmçinin özbaşına dərman qəbulunun ölümcül nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
İsmayıl
Milli.Az
Baxış sayı:118
Bu xəbər 13 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















