Ağstafada bağban ev sahibindən əməkhaqqını tələb etdi, həbs olundu
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağstafada borcunu istəyən bağban həbs edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində baş verib. Kənd sakini, 1971-ci il təvəllüdlü Vüqar İslamov (adı və soyadı şərtidir) 3 il müddətində qonşusu T.Hüseynovun həyətində bağban kimi işləsə də, ev sahibi onun zəhmət haqqını ödəməyib. T.Hüseynov müxtəlif bəhanələr gətirərək, 3 il həmin şəxsə pul verməyib.
Bir neçə gün əvvəl V.İslamov qonşusunun qapısını döysə də, ev sahibi qapını açmayıb. O, gecə saat 2 radələrində T.Hüseynovun qapısını döyəndən sonra hasarına çıxıb, ev sahibindən pulunu tələb edib.
Ev sahibi məsələ ilə bağlı polisə məlumat verib.
Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı protokol tərtib edilib və məhkəməyə göndərilib.
Ağstafa Rayon Məhkəməsinin qərarı ilə V.İslamov 5 sutka inzibati həbs edilib.
Samir Əli
Baxış sayı:77
Bu xəbər 06 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















