Icma.az
close
up
RU
Ağstafadakı dəhşətli cinayətin DETALLARI: Yanında durub ki, ölsün, sonra...

Ağstafadakı dəhşətli cinayətin DETALLARI: Yanında durub ki, ölsün, sonra...

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün Ağstafanın Vurğun qəsəbəsində qətlə yetirilən qadın barədə bir sıra detallar məlum olub.

Modern.az-ın məlumatına görə, mərhumun yaxınları İTV-yə danışıb.

Qeyd edək ki, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir.

M.Qədimovanın valideynləri bildirib ki, qızı ilə kürəkəni arasında əvvəllər də münaqişə baş verib. Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qayınatasıgilə gəlirmiş. Bu dəfə evdə heç kimin olmadığı vaxt hadisəni törədib.

“Elə getdiyi ilk gündən deyirdi ki, “mama, bu, pis oğlandır, axşamlar məni döyür, əynimə heç nə almır, pis ailədilər, mən bunları istəmirəm”. Bu gün mənim bacım oğlu da nişan aparırdı, ora getmişdik. Kürəkənim də bizdə idi. Bizi anamgilə apardı. Sonra gəlib Mədinə ilə evdə tək oldu. “Semiçka” da almışdı ki, yeyib-içəcəyik. Elə biz ora gedən kimi qızın başını kəsib. Yanında da durub ki, ölsün, sonra gedib polisə məlumat verib”, - mərhumun anası söyləyib.

İlkin məlumata görə, ər arvadına atası evində bir neçə bıçaq zərbəsi endirib. Sonuncu zərbə isə qadının boğaz nahiyyəsindən dəyib. Nəticədə Mədinə aldığı zərbələrdən hadisə yerində həyatını itirib.

Meyit Tibbi ekspertiza və patoloji anatomiya birliyinin Ağstafa Rayon Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri