Ağstafalı şəhidin oğlunun kiçik toy mərasimi keçirildi FOTOLAR
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
44 günlük Vətən müharibəsinin iştirakçısı və ölkəmizin suverenliyinin tam bərpa edilməsi ilə nəticələnən 2022-ci ildə Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərində qəhrəmancasına həlak olan Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan şəhidimiz Seyfəddin Mahmud oğlu Muradovun oğul övladının kiçik toy mərasimi keçirilib.
Globalinfo.az bildirir ki, mərasimdə həmçinin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslər iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Seyfəddin Muradov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” orden, eləcə də “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 26 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















