Ağstafanın icra başçısı səyyar qəbul keçirdi FOTOLAR
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağstafa RİH başçısı Seymur Orucov rayonun sərhəd yaşayış məntəqələrindən olan Köhnəqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Köhnəqışlaq kənd tam orta məktəbin binasında təşkil olunan qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
RİH başçısı çıxışında ölkəmizin tərəqqisi naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq tədbirlərindən söz açaraq qeyd edib ki, mütəmadi olaraq yerlərdə keçirilən görüşlərin məqsədi əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Qəbulda vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. İrəli sürülən təklif və müraciətlərə dair müzakirələr aparılıb, hər bir məsələnin həlli tədbiri müəyyən edilib.
Baxış sayı:141
Bu xəbər 04 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















