Ağstafaya güclü dolu yağıb: Evlərə, təsərrüfatlara ziyan dəyib
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Azərbaycanın bölgələrində qeyri-sabit hava şəraiti davam edir.
Ağstafaya yağan güclü dolu ciddi fəsadlara yol açıb, rayonun Yenigün, Qaçaq Kərəm, Xətai, Aşağı Göycəli, Qırılı və digər kəndlərində evlərin dam örtüyünə, çardaqlara, avtomobillərə ciddi ziyan vurub.
Sakinlərin sözlərinə görə, bu ərazidə indiyədək belə güclü dolu müşahidə olunmayıb. Onlar bildiriblər ki, təxminən 20 dəqiqə davam edən dolu əkin sahələrindəki məhsulları tamamilə məhv edib.
Qeyd edək ki, hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən kəndlərə dəyən ziyanın həcmi müəyyənləşdirilir.
Baxış sayı:143
Bu xəbər 22 İyun 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















