Icma.az
close
up
RU
Ağsu dolaylarını buz bağladı FOTO

Ağsu dolaylarını buz bağladı FOTO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə saatlıq fasilədən sonra Ağsu rayonunda yenidən qar yağmağa başlayıb. Yağan qar və şaxtalı hava şəraiti səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissələrində, xüsusilə gecə saatlarında yolun hərəkət hissəsində buzlaşma yaranıb.
Bizim.Media xəbər verir ki, 16 saylı Yol İstismar İdarəsinin baş mexaniki Ayaz Musalı AZƏRTAC-a bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar yolun qardan və buzdan operativ təmizlənməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 16 saylı Yol İstismar İdarəsinin və Avtomobil Yollarının Mühafizəsi Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası əraziyə cəlb olunub.
Onun sözlərinə görə, yolun hərəkət hissəsində, xüsusilə enişli-yoxuşlu və sərt döngəli sahələrdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün qum-duz qarışığı səpilməklə profilaktik tədbirlər görülür. Güclü külək və yağıntı səbəbindən yolun bəzi hissələrində yenidən buzlaşma yarandığından təmizləmə işləri fasiləsiz davam etdirilir.
Gecə saatları olmasına baxmayaraq, ərazidə işlər dayandırılmayıb. Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən 24 saatlıq növbəli iş rejimində yolun təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər görülür.
Eyni zamanda, Ağsu Rayon Polis Şöbəsinin və Yol Patrul Xidmətinin əməkdaşları qarlı hava şəraiti ilə əlaqədar Ağsu dolaylarında nəzarət tədbirlərini gücləndiriblər. Polis əməkdaşları dolaylara daxil olan nəqliyyat vasitələrini saxlayaraq sürücülərlə maarifləndirici söhbətlər aparır, avtomobillərin qarlı və buzlu yollarda hərəkət üçün texniki cəhətdən yararlılığını yoxlayır və mövcud yol şəraiti barədə sürücülərə ətraflı məlumat verirlər.
Hazırda bölgədə qar yağması davam edir. Sinoptiklərin məlumatına görə, səhər saatlarında havanın temperaturunun aşağı düşməsi səbəbindən buzlaşma ehtimalı yüksəkdir. Bu səbəbdən sürücülərə mümkün qədər Ağsu dolayları istiqamətində hərəkət etməmək, zərurət yarandıqda isə sürət həddinə əməl etmək, ara məsafəsini qorumaq və qış təkərlərindən istifadə etmək tövsiyə olunur.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Yanvar 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri