Icma.az
close
up
RU
Ağsuda ekoloji maarifləndirmə: tullantılardan sənət əsəri yaradıldı

Ağsuda ekoloji maarifləndirmə: tullantılardan sənət əsəri yaradıldı

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağsu rayonu Gəgəli kəndi "Tərəkəmə yurdu" folklor-turizm məkanında 30 Mart - Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsi çərçivəsində reallaşıb. Layihə Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibidir. Məqsəd kənd məktəblərində ekoloji təhsilin inkişaf etdirilməsi, tullantıların düzgün idarə edilməsi və onların incəsənətə tətbiq olunması istiqamətində bilik və bacarıqların artırılmasıdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə məktəb rəhbərləri, müəllimlər, şagirdlər, bələdiyyə üzvləri, mədəniyyət və idman sahəsinin nümayəndələri, ekoloqlar və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq tullantıların düzgün çeşidlənməsi və təkrar istifadəsinin ekoloji problemlərin azaldılmasında mühüm rol oynadığını qeyd ediblər.

Layihənin ən maraqlı məqamlarından biri tullantılardan incəsənət nümunəsi kimi hazırlanan metal at heykəlinin təqdimatı olub. Heykəl orta əsr Ağsu şəhərində tapılmış tunc at fiqurunun formasında hazırlanıb və "Tərəkəmə yurdu" folklor-turizm məkanında quraşdırılıb. Bu unikal incəsənət nümunəsi məktəblilər tərəfindən toplanmış yaşıl şüşə butulkalarla doldurulub. Qeyd edək ki, bu növ butulkalar hazırda ölkəmizdə təkrar emala getmir və layihə çərçivəsində onların tullantıya çevrilməsinin qarşısını almaq üçün yaradıcı həll yolu təklif edilib. Layihə rəhbəri, Ağsu rayonu Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin incəsənət müəllimi Lalə Xəlilova bildirib ki, layihə çərçivəsində məktəblilər sıfır tullantı konsepsiyası, tullantıların çeşidlənməsi və onların incəsənət əsərlərinə çevrilməsi barədə nəzəri və praktiki biliklər əldə edirlər. O, layihənin məqsədi haqqında, indiyə qədər görülən işlər, hazırlanmış tədris vəsaitləri, təlim və məşğələlər barədə məlumat verib. Bildirilib ki, layihə çərçivəsində sıfır tullantı məşğələsinin proqramının hazırlanması və çap olunması, 350 şagird üçün məktəbdənkənar məşğələlərin keçirilməsi, məktəblilər üçün tullantıdan incəsənətə kurs planının hazırlanması və çap olunması, 30 məktəbli üçün tullantıdan incəsənətə kursunun keçirilməsi, açıq onlayn resurslar üçün videoməşğələnin hazırlanması və yayımlanması nəzərdə tutulub. Bu tədbirlər məktəblilərin ekoloji düşüncəsinin inkişaf etdirilməsi, tullantıların təkrar istifadəsi və incəsənət vasitəsilə yeni dəyərlər yaradılması istiqamətində mühüm addımdır.

Xatırladaq ki, 2022-ci il dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında martın 30-u Beynəlxalq Sıfır Tullantı Günü elan edilib. Türkiyə Cümhuriyyəti tərəfindən irəli sürülən həmin təşəbbüsə 105 ölkə qoşulub. Bu gün dünyada dövlət qurumları, vətəndaş cəmiyyəti üzvləri, özəl sektor nümayəndələri, akademik dairələr və gənclər tullantıların idarə olunması və ekoloji dayanıqlılıqla bağlı müxtəlif təşəbbüslərdə iştirak edirlər. Ağsuda keçirilən bu tədbir də Beynəlxalq Sıfır Tullantı Gününün mahiyyətinə uyğun olaraq tullantıların idarə edilməsi, təkrar istifadəsi və ekoloji təhsilin genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Mart 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri