Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağsu, 29 sentyabr, AZƏRTAC
Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsinə daxil olan Suraxanı kəndi ərazisində baş verən yanğına səbəb olan şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 28-də Kalva kəndi ərazisində yerləşən fermanın həyətində başlayan yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının qarşısının alınması üçün yanğınsöndürənlər gecə saatlarında da alovla mübarizə aparıblar. Yanğınsöndürənlərin müdaxiləsi və yağıntıların təsiri ilə alovun yayılmasının qarşısı alınıb, yaxınlıqdakı meşə sahələri və yaşayış məntəqələri mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Rəşad Türkoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 Sentyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















