Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Ağsu rayonunda qadın meyiti tapılıb.
Modern.az xəbər verir ki, hadisə martın 23-də rayonun Muradlı kəndi ərazisindəki əkin sahəsində qeydə alınıb.
Belə ki, sahədə üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. Araşdırmalar zamanı meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər - 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil veriliblər.
İlkin araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
(Oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 27 Mart 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















