“AHİK könüllüləri” proqramının iştirakçıları ilə görüş keçirildi FOTOLAR
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Beynəlxalq Könüllülər Günü münasibətilə “AHİK könüllüləri” proqramının iştirakçıları ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, AƏSMA-nın rektor vəzifəsini icra edən Fərid Babayev könüllüləri təbrik edib, ölkəmizdə həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatının inkişafından danışıb. Qeyd olunub ki, artıq könüllülük fəaliyyəti ölkəmizdə geniş rəğbət qazanıb, xüsusilə gənclər bu imkandan yararlanaraq könüllülük hərəkatına fəal qoşulurlar.
Vurğulanıb ki, Konfederasiya tərəfindən həyata keçirilən “AHİK könüllüləri” proqramının iştirakçıları tədbirlərin təşkili və layihələrin icrasında mühüm rol oynayırlar.
Görüş zamanı könüllülər çıxış edərək proqram çərçivəsində əldə etdikləri bilik və təcrübənin onların sosial bacarıqlarının formalaşmasına, peşəkarlıqlarının artırılmasına və gələcək karyera planlarına müsbət təsir göstərdiyini bildiriblər.
Sonda AHİK könüllülərinə təşəkkürnamələr təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 05 Dekabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















