Icma.az
close
up
RU
AHİK tərəfindən uşaqlara bayram hədiyyələri verildi FOTOLAR

AHİK tərəfindən uşaqlara bayram hədiyyələri verildi FOTOLAR

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gələcəyimiz olan uşaqların qayğısına qalmaq, onların sağlam mühitdə böyümələri, bilikli, Vətənə layiqli övlad kimi yetişmələri dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətə əsaslanaraq Azərbaycan həmkarlar ittifaqları da müntəzəm olaraq, o cümlədən bayramlar ərəfəsində uşaqlarla, xüsusilə şəhid və qazi övladları ilə görüşlər keçirir, bayram sevincini bölüşür.

Globalinfo.az bildirir ki, bu ənənə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində də davam etdirilib. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar qarşıdan gələn bayramlarla əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında uşaqları, eləcə də ittifaq üzvlərinin övladlarını müxtəlif hədiyyələrlə sevindirib.

Tədbirlər Həmrəylik Gününü və Yeni ili öz ata-baba yurdunda qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib.

Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin şagirdləri üçün keçirilən tədbirdə AHİK sədrinin müavini Hikmət Osmanov bayramları doğma torpaqlarda qarşılamağın böyük qürur doğurduğunu vurğulayıb, məktəbliləri bayram münasibətilə təbrik edib.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Ülvi Heydərov Yeni il bayramını Şuşada qarşılayan fidanların öz yurdlarında təhsil almaları, hərtərəfli yetişmələri üçün yaradılmış şəraitdən, AHİK-in üzvü Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova isə Heydər Əliyev Fondunun böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunması üçün həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

Xankəndi şəhərindəki Nizami Gəncəvi adına 4 №-li  tam orta məktəbdə keçirilən görüşdə AHİK sədrinin müavini Qəzənfər Abdullayev uşaqları təbrik edib, bayram tədbirlərinin davamlı olacağını diqqətə çatdırıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhrəmanov ölkəmizdə uşaqların inkişafı və hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib, bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətini vurğulayıb.

Xocalı şəhər 1 №-li tam orta məktəbdə də şagirdlər üçün bayram tədbiri təşkil olunub. AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev uşaqların yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi, əsl vətənpərvər kimi formalaşması istiqamətində dövlətimizin gördüyü işləri qeyd edib.

Tədbirlərdə uşaqlar vətənpərvərlik mövzusunda və bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər. Sonra AHİK tərəfindən uşaqlara bayram sovqatları paylanılıb.

AHİK nümayəndələri həmçinin Cəbrayıl, Füzuli, Zəngilan və Laçın rayonlarında da uşaqlarla görüşərək onları bayram hədiyyələri ilə sevindiriblər.

Naxçıvan Muxtar Respublikasında da uşaqlarla bayram görüşü keçirilib, təbriklər səslənib. Tədbirdə balacalara AHİK-in hədiyyələri verilib.

Qeyd edək ki, Konfederasiya tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see342

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see220

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see188

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see174

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see171

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri