Icma.az
close
up
RU
AHİK Yeni il ərəfəsində balacaları sevindirdi FOTOLAR

AHİK Yeni il ərəfəsində balacaları sevindirdi FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gələcəyimiz olan uşaqların qayğısına qalmaq, onların sağlam mühitdə böyümələri, bilikli, Vətənə layiqli övlad kimi yetişmələri dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətə əsaslanaraq Azərbaycan həmkarlar ittifaqları da müntəzəm olaraq, o cümlədən bayramlar ərəfəsində uşaqlarla, xüsusilə şəhid və qazi övladları ilə görüşlər keçirir, bayram sevincini bölüşür.

"Unikal" xəbər verir ki, bu ənənə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində də davam etdirilib. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar qarşıdan gələn bayramlarla əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında uşaqları, eləcə də ittifaq üzvlərinin övladlarını müxtəlif hədiyyələrlə sevindirib.

Tədbirlər Həmrəylik Gününü və Yeni ili öz ata-baba yurdunda qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib. Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin şagirdləri üçün keçirilən tədbirdə AHİK sədrinin müavini Hikmət Osmanov bayramları doğma torpaqlarda qarşılamağın böyük qürur doğurduğunu vurğulayıb, məktəbliləri bayram münasibətilə təbrik edib.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Ülvi Heydərov Yeni il bayramını Şuşada qarşılayan fidanların öz yurdlarında təhsil almaları, hərtərəfli yetişmələri üçün yaradılmış şəraitdən, AHİK-in üzvü Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova isə Heydər Əliyev Fondunun böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunması üçün həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb. Xankəndi şəhərindəki Nizami Gəncəvi adına 4 №-li  tam orta məktəbdə keçirilən görüşdə AHİK sədrinin müavini Qəzənfər Abdullayev uşaqları təbrik edib, bayram tədbirlərinin davamlı olacağını diqqətə çatdırıb. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhrəmanov ölkəmizdə uşaqların inkişafı və hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib, bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətini vurğulayıb. 

Xocalı şəhər 1 №-li tam orta məktəbdə də şagirdlər üçün bayram tədbiri təşkil olunub. AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev uşaqların yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi, əsl vətənpərvər kimi formalaşması istiqamətində dövlətimizin gördüyü işləri qeyd edib. 

Tədbirlərdə uşaqlar vətənpərvərlik mövzusunda və bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər. Sonra AHİK tərəfindən uşaqlara bayram sovqatları paylanılıb.

AHİK nümayəndələri həmçinin Cəbrayıl, Füzuli, Zəngilan və Laçın rayonlarında da uşaqlarla görüşərək onları bayram hədiyyələri ilə sevindiriblər. Naxçıvan Muxtar Respublikasında da uşaqlarla bayram görüşü keçirilib, təbriklər səslənib. Tədbirdə balacalara AHİK-in hədiyyələri verilib.

Qeyd edək ki, Konfederasiya tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri