Icma.az
close
up
RU
AHİKdə Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş

AHİKdə Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə müxtəlif sahələr üzrə inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrindən danışılıb, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmkarlar ittifaqları arasında münasibətlər müzakirə olunub.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin mühüm rolunu diqqətə çatdıran Konfederasiya sədri Sahib Məmmədov Füzuli rayonunda Mirzə Uluqbəy adına orta məktəbin inşa olunmasını Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə qardaş dəstəyi adlandırıb.

Azərbaycandakı həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan S.Məmmədov üzvlərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər və tətbiq olunan yeniliklər, həmçinin sanatoriya-kurort müəssisələri, onların iş prinsipi, göstərilən xidmətlər barədə Özbəkistan nümayəndələrinə məlumat verib.

Bildirilib ki, AHİK ilə Özbəkistan Həmkarlar İttifaqları Federasiyası arasında əlaqələr davamlı olaraq genişlənir. Ötən ilin sentyabrında imzalanan əməkdaşlıq haqqında Memorandum iki qardaş ölkənin sahə həmkarlar ittifaqları arasında münasibətlərin qurulmasına və inkişafına təkan verib. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları üzvlərinin müalicə və istirahətinin təşkilinə dair birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Özbəkistan Həmkarlar İttifaqları Federasiyası yanında Sanatoriya-kurort idarəsinin rəisi Anvar Ahmedov ölkələrimizin və iki qardaş xalqın münasibətlərinin yüksək səviyyəsindən məmnunluqla bəhs edib.

A.Ahmedov həmçinin rəhbərlik etdiyi sahənin fəaliyyətindən, ittifaq üzvlərinin müalicəsi və istirahəti üçün yaradılmış şəraitdən danışıb, azərbaycanlı həmkarları ilə apardıqları təcrübə mübadiləsinin gələcək fəaliyyət üçün faydalı olacağını diqqətə çatdırıb.

Görüşdə həmçinin əlaqələrin inkişafına dair təkliflər səslənib, təşəbbüslər irəli sürülüb.

Azərbaycana səfər çərçivəsində Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri Naftalan şəhərində də olub, icra hakimiyyətində görüş keçirib, eləcə də AHİK-in şəhər ərazisində yerləşən sanatoriya və obyektləri ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri