AHİTA və Velosiped İdmanı Federasiyası əməkdaşlığı gücləndirir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) ilə Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş görüş keçirilib.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, görüşdə velosiped idmanının həmkarlar ittifaqları strukturları daxilində inkişafı, gənclərin idmana cəlb olunması, birgə tədbirlərin təşkili, maarifləndirmə layihələrinin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
AHİTA İB-nin direktoru Tural Qasımov velosipedin yalnız idman növü deyil, həm də sağlam və ekoloji həyat tərzinin təbliğində mühüm vasitə olduğunu deyib. Onun sözlərinə görə, AHİTA federasiya ilə birgə layihələrin reallaşdırılmasını olduqca vacib hesab edir.
Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Fikrət Hüseynov qurum olaraq ictimai təşkilatlarla əməkdaşlığa daim açıq olduqlarını və AHİTA ilə bu istiqamətdə aparılan danışıqların gələcəkdə velosiped idmanının daha geniş təbliğinə imkan verəcəyi söyləyib.
İki qurum arasında ortaq fəaliyyət planının hazırlanması barədə ilkin razılıq əldə olunub və qarşılıqlı maraqlar əsasında birgə layihələrin həyata keçirilməsi, əməkdaşlığın davamlı xarakter alması üçün atılacaq növbəti addımlar müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















