Icma.az
close
up
RU
Aİ 92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA “Yaxın vaxtlarda...”

Aİ 92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA “Yaxın vaxtlarda...”

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərarda nə qeyd olunub?
 

Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 1 yanvar – 1 iyun 2025-ci il tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilib. 
 

Bundan başqa, mühərrik və aviasiya benzinləri istisna olmaqla bütün benzin növlərinin, eləcə də digər qazoyllar, o cümlədən dizel yanacağının ölkəyə idxalı üçün aksiz dərəcəsi iyunun 1-nə qədər hər ton üçün 1 manat, iyunun 1-dən sonra isə 200 manat müəyyən edilib. 


Benzin və dizellə bağlı mövcud vəziyyət


Nəzərə alaq ki, 2025-ci ilin ilk rübündə Azərbaycanda benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə cəmi 329.14 min ton benzin istehsal olunub ki, bu da 2024-cü ilin ilk rübündə qeydə alınmış 384.10 min ton göstəricidən təxminən 14% azdır.

Eyni dövrdə dizel yanacağının istehsalı da geriləyib. Belə ki, 2025-ci ilin ilk rübündə 552.91 min ton, ötən ilin eyni dövründə isə 599.8 min ton dizel istehsal edilib.
İstehsal həcmlərindəki azalma fonunda benzin idxalı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin ilk iki ayında ölkəyə 40.88 min ton Aİ-92 markalı benzin idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.5 dəfə çoxdur (ötən il – 8.77 min ton).
 

Beləliklə, idxalın dəyəri 31.72mln ABŞ dolları, ötən ilin göstəricisi isə 7.01 mln dollar olub.

Aİ-92 və dizel bahalaşacaq?
 

Mövzu iə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkəmizdə Aİ-92 və dizel yanacağının qiymətini hökumət tənzimləyir:“Bu yanacaq növlərinin qiyməti yalnız Tarif Şurasının qərarından sonra dəyişə bilər. Ona görə də Nazirlər Kabinetinin bu qərarı qiymətlərə birbaşa təsir göstərmir. Amma bu qərar yeni qiymətlərin formalaşması üçün Tarif Şurasına bir siqnal ola bilər və Tarif Şurası qiymətlərə yenidən baxa bilər. 


Bu qərar qiymətlərə birbaşa təsir etməsə də, Nazirlər Kabinetinin və Tarif Şurasının qiymətləri dəyişdirmək səlahiyyətlərini nəzərə alsaq, onda qərarın yaxın gələcəkdə qiymətlərə təsiri ola bilər. Yəni hər şey Tarif Şurasının məsələyə münasibətindən asılıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 May 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri